Word

IDevice Icon MS Word

Word 'in ekranı.

Qarşınızda Word redaktorunun pəncərəsidir. Word-redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, sürüşdürmə zolaqlarından, alətlər lövhəsi və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan faylın adından, pəncərənin adı sahəsindən, həmçinin pəncərəni idarə edən 3 düymədən ibarətdir. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı bir menyu bölməsinin seçilməsi mausun g

östəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir.

Word standart menyudan başqa kontekst-asılı dinamik menyu da təqdim edir. Belə ki, kontekst menyu mausun sağ klavişini basmaqla çağırılır.

Menyu sətrindən aşağıda bir neçə alətlər lövhəsi yerləşir. Adətən onlardan 2-si Standart лStandard╗və Formatlaşdırma лFormatting╗ alətlər paneli daima ekranda mövcud olur.

Pəncərənin əsas sahəsini bir qayda olaraq redaktə ediləcək sənədi göstərən işçi sahəsi tutur.

Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır. Onun üzərində Word -ün mətn haqqında məlumatı görsənir.

Alətlər lövhələri.

Əgər menyu sətri əmrlər toplusundan ibarətdirsə, alətlər lövhəsi üfiqi istiqamətdə yerləşən düymələrdən ibarətdir. Düymələrin üzərində olan şəkillər onlırın funksiyasını təsvir edir.

Alətlər lövhəsindən düymənin ləğv edildməsini araşdıraq. Bunun üçün Standart лStandard╗ alətlər lövhəsində Digər düymələr лMore Buttons╗ düyməsini basın. Beləliklə ekranda digər düymələr menyusu yaranacaq. Düymənin əlavə edilməsi və ya ləğvi əmrini лAdd or remove Buttons╗ seçin. Hiperəlaqə лHyperlink╗sahəsində mausu basaraq həmin düyməni ləğv edin. Beləliklə Hiperəlaqə лHyperlink╗ düyməsi Standart лStandard╗ alətlər lövhəsindən ləğv ediləcək.

Alətlər lövhəsinə hər hansı düymənin əlavə edİlməsindən əvvəl ekran düymənin əlavə ediləcəyi alətlər lövhəsini gətirmək lazımdır. Bunun üçün Görünüş лView╗ menyusunda Alətlər lövhəsi лToolbars╗ əmrini və sonra müvafiq alətlər lövhəsini seçin. Beləliklə ekranda göstərdiyiniz alətlər lövhəsi yaranacaq.

Görünüş лView╗ menyusunda alətlər lövhəsi лToolbars╗ əmrini seçin, sonra Sazlama лCustomize╗ əmrini basın. Ekranda eyni adlı dialoq pəncərəsi yaranacaq. Əmrlər (Commands) səhifəsinə keçin. Müvafiq kateqoriyanı лCategories╗ seçin.

Əmrlər лCommands╗ pəncərəsində düymə kimi təsvir edəcəyimiz əmri qeyd edin. Seçdiyiniz əmri mausun köməkliyilə ekrana çıxardığımız lövhənin istənilən yerinə gətirin. Beləliklə, biz müvafiq alətlər lövhəsinə lazımi düyməni əlavə etdik.

Sənədin yaradılması.

Boş sənədin əvvəlində kursor adlanan şaquli xətt yerləşir. Kursor klaviaturadan daxil ediləcək simvolun ekranda mövqeyini göstərir. Qeyd etmək lazımdır ki, sənədin istənilən hissəsində mausun düyməsini 2 dəfə basmaqla kursorun mövqeyini seçmək olar. лCaspian Education Centre╗ sözlərini daxil et.

Sözlər arası boşluğun yaradılması üçün Spacebar klavişini basın. Uzun sətirlərin çapı zamanı Enter-i basmağa ehtiyac yoxdur. Növbəti sətrə keçmək üçün cümlənin ardını yazmaq lazımdır yəni лmüasir kompüter texnologiyaları dünyasına qapı açır╗. Enter klavişini basmaqla növbəti abzasa keçirik.

Mətnin daxil edilməsi zamanı hər zaman səhvlərə yol verilir. Worddə bu kimi səhvləri лDelete╗ və лBackspace╗ klavişlərinin köməyilə aradan qaldırmaq olar.

Kursordan sağdakı simvolların silinməsi лDelete╗ klavişinin, kursordan soldakı simvolların silinməsi isə лBackspace╗ klavişinin köməkliyilə yerinə yetirilir.

Sənədin yadda saxlanılması.

Sənədin sonrakı istifadələri üçün onu mütləq yadda saxlamaq lazımdır. Bunun üçün həmin fayla ad verib, onu sərt, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.

Sənədin ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir

Fayl menyusunu açın. Açılmış menyuda hansı adla yadda saxlamaq лSave As╗ əmrini seçin. Beləliklə ekranda hansı adla yadda saxlamaq лSave As╗ dialoq pəncərəsi yaranacaq. Harda yadda saxlamalı лSave in╗ sahəsində oxu basın və açılmış siyahıdan sərt diski seçin.

Açılmış qovluq siyahısında lazımi qovluğun adında mausun sol düyməsini 2 dəfə basın.

Faylın adı лFile Name╗ sahəsində verilənləri qeyd edin və faylın adını daxil edin.

Faylın yadda saxlanılması prosesini tamamlamaq üçün Yadda saxlamaq лSave╗ düyməsini basın.

 

Dəyişikliklərin yadda saxlanılması və işin sonu.

Mövcud faylda edilmiş dəyişiklikləri yadda saxlamaq üçün Standart лStandard╗ alətlər lövhəsində Yadda saxlamaq лSave╗ düyməsini basın. Beləliklə daxil edilmiş dəyişikliklər yadda saxlanılacaq. Faylı bağlamaq üçün Fayl лFile╗ menyusunda Bağlamaq лClose╗ əmrini basın. Proqramının işini tamamlamaq üçün Fayl лFile╗ menyusunda Çıxış лExit╗ əmrini basın.

Sənədin açılması.

Ms Word pəncərəsini açın.

Yaradılmış sənədi ekrana çağırmaq üçün Standart лStandard╗ alətlər lövhəsində Açmaq лOpen╗ düyməsini basın. Ekranda Açmaq лOpen╗ dialoq pəncərəsi yaranacaq. Bu pəncərə açılacaq qovluq və sənədi seçməyə imkan verir. Bunun üçün Baxmaq лLook in╗ sahəsində oxu basın və sərt diski qeyd edin. Qovluq siyahısında lazımi qovluqda mausun sol düyməsini 2 dəfə basın. Beləliklə Wordün işçi sahəsində sənəd görünəcək.

Faylın açılması və verilənlərin daxil edilməsi üçün Şifrə.

Əgər siz faylı mütləq Şifrə ilə yadda saxlamaq istəyirsinizsə ilk növbədə həmin faylı ekrana çağırmaq lazımdır. Beləliklə Wordün işçi sahəsində sənəd açılasaq.

İndi isə Fayl menyusundan hansı adla yadda saxlamaq лSave as╗ əmrini seçin. Açılmış dialoq pəncərəsində Xidmət лTools╗ və sonra Əsas parametrlər лGeneral Options╗ əmrini seçin. Yaranmış səhifənin faylın açılması üçün Şifrə лPassword to open╗ sahəsində faylı açmaq üçün Şifrə daxil edin. Diqqət edin, yığılan Şifrə ulduzlar şəklində göstərilir. Növbəti verilənlərin daxil edilməsi üçün Şifrə лPassword to modify╗ sahəsində 2-ci Şifrəni daxil edin və OK -i basın. Ekranda Şifrənin təsdiqi лConfirm Password╗ pəncərəsi yaranacaq.

Faylın açılması üçün Şifrəni təkrar edin. Ok-i basın. 2-ci Şifrəni təsdiq üçün pəncərə açılacaq və bu pəncərədə verilənlərin daxil edilməsi üçün Şifrəni лPassword to modify╗ təkrar edin. Ok-i basın.

Prosesi tamamlamaq üçün Yadda saxlamaq лSave╗ düyməsini basın. Sənədi bağlayın. Nəticədə sənəd hər dəfə açıldıqda Word Şifrənin лPassword╗ daxil edilməsi üçün pəncərə göstərəcək. Sənədi açmaq üçün siz Şifrəni dəqiq göstərməlisiz, əks halda sənəd açılmayacaq.

Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi.

Gördüyünüz kimi mətndə bəzi sözlərin altından yaşıl və qırmızı dalğavari xəttlər çəkilmişdir ki, bu da həmin sözlərin qrammatik və orfaqrafik cəhətdən səhv olduğunu göstərir. Belə yoxlama yalnız Düzgün yazılış лSpelling and Grammar╗ əmrinin aktivləşdirilməsi nəticəsində baş verir. Düzgün yazılış лSpelling and Grammar╗ funksiyası nəinki səhvləri qeyd edir, həm də onları aradan qaldırmağa kömək edir.

Səhvi aradan qaldırmaq üçün ilk növbədə mausun sağ düyməsini altından xətt çəkilmiş sözün üzərində basmaq lazımdır. Bu halda kontekst menyu yaranacaq ki, burada da qeyd edilmiş səhv sözün mümkün düzgün variantlarının siyahısı göstərilir. Mausun sol düyməsi ilə lazımi variantı qeyd edin. Gördüyünüz kimi səhv avtomatik olaraq düzgün variantla əvəz edildi. Qeyd etmək lazımdır ki, Worddə əvvəlcədən Azərbaycan dili lüğəti yüklənmiş olsaydı orfoqrafik və qrammatik yoxlama Azərbaycan dilində də aparılardı.

Hamısını ötür лIgnore All╗ düyməsini basmaqla sözün altında çəkilmiş qırmızı xətti ləğv etmək olar. Bundan sonra avtomatik yoxlama artıq həmin sözü yoxlamayacaq.

Düzgün yazılış funksiyasının avtomatik söndürülməsi üçün Xidmət лTools╗ menyusunu açın. Parametrlər лOptions╗ əmrini seçin. Düzgün yazılış лSpelling and Grammar" səhifəsini seçin. Orfoqrafiya лSpelling╗ bölməsində Orfoqrafiyanın avtomatik yoxlanılması лCheck Spelling As you Type╗ sahəsindən qeydiyyatı götürün. Eləcə də Qrammatika лGrammar╗ bölməsində Qrammatikanın avtomatik yoxlanılması лCheck Grammar As you Type╗ sahəsindən qeydiyyatı götürün. Beləliklə də sözlərin altından qırmızı və yaşıl dalğavari xəttlər çəkilməyəcək.

Avtomətnin yaradılması.

Avtomətn daxil etdiyimiz, tez-tez təkrar edilməsi vacib olan verilənləri: məsələn, idarə və təşkilatların adları, ad və soyadları və s. bu kimi verilənləri elə yadda saxlayır ki, həmin verilənləri asanlıqla təkrar etmək olar.

Avtomətn kimi istifadə ediləcək söz və ya mətni daxil edin, məsələn лCaspian Education Centre╗ frazasını daxil edin. Daxil etdiyiniz bu frazanı qeyd edin. İndi isə, Alt+F3 klaviş kambinasiyasını daxil edin. Bu o deməkdir ki, Alt düyməsi sıxılı vəziyyətdə F3 klavişini basın. Beləliklə ekranda avtomətnin yaradılması лCreate Auto Text╗ dialoq pəncərəsi yaranacaq;

Avtomətnin adı лPlease name your AutoText entry╗ sahəsində yaradılacaq avtomətn elementi üçün yeni ad daxil edin, məsələn лCaspian Education Centre╗ və OK-i basın. Beləliklə də biz Avtomətn yaratmış olduq.

İndi isə, yenicə daxil etdiyimiz Avtomətn elementini yoxlayaq.

Mətnə avtomətnin yerləşdirilməsi üçün kursorla lazımi yeri qeyd edin. Avtomətnin adını daxil edin. Bizim halda лCaspian Education Centre╗. F3 klavişini basın. Gördüyünüz kimi, daxil edilmiş sözün əvəzinə qeyd etdiyimiz fraqment gəldi.

Sənədə baxış recimləri.

Word-2000 ekranda sənədə baxmaq üçün bir neçə üsullar təklif edir. Hər bir baxış recimi işin bu və ya digər aspektlərində fikri cəm etməyə imkan verir. Bir baxış recimindən digərinə keçmək üçün ya Görünüş лView╗ menyusundan, ya da ekranın aşağı-sol hissəsində yerləşən düymələrdən istifadə etmək lazımdır. Bu və ya digər recimin seçilməsi sənədin tipindən və yerinə yetirilən işdən asılı olur. (Caspian Education Centre faylını açın. Fayl siyahısından)

Üfiqi sürüşdürmə zolağında Adi лNormal╗ düyməsini basın. Bu recim sənədin məzmununda fikri cəm etməyə, həmçinin verilənlərin altından xətt çəkmə, şriftin ölçüsünün, rənginin dəyişdirilməsini və s bu kimi sadə formatlaşma əməliyyatlarını yerinə yetirməyə imkan verir.

Üfiqi sürüşdürmə zolağında Web-in formatlaşdırılması лWeb-layout╗ düyməsini basın. Bu recim sənədin Web-səhifəsində necə görünəcəyi haqqında təsvir yaradır.

Üfiqi sürüşdürmə zolağında Səhifənin formatlaşdırılması лPrint Layout╗ düyməsini basın. Bu recim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir. Qeyd etmək lazımdır ki, adətən sənədlər məhz bu recimdə daxil edilir.Bu recimdə sənəd çap zamanı görünəcəyi formada olur.

Üfiqi sürüşdürmə zolağında Struktur recimi лOutline╗ düyməsini basın. Bu recim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir.

Dəyişikliklərin təkzibi və təkrar edilməsi.

Təkzib лUndo╗ və Təkrar лRedo╗ düymələri daxil edilən dəyişiklikləri ləğv etməyə və təkrarlamağa imkan verir.

Mətndə hər hansı bir cümləni qeyd edin və silin. İndi isə Standart лStandard╗ alətlər lövhəsində Təkzib лUndo╗ düyməsini basın. Beləliklə axrıncı əməliyyatın nəticəsi ləğv edilir.

Dəyişiklikləri təkrar etmək üçün Təkrar лRedo╗ düyməsini basın.

Görünüşün sahəsində oxu basın. Miqyaslar siyahısı açılacaq. Bunlardan hər hansı birini seçin. Məsələn 100%-i seçin. Gördüyünüz kimi, ekranda göstərilən sənədin miqyası dəyişdi. Lakin bu o demək deyil ki, ekranda miqyasın dəyişdiyi kimi, çap zamanı vərəq üzərində də ölçülər dəyişəcək.

 

 

Mətnin yerdəyişməsi və surətinin çıxarılması.

Əgər mətnin hər hansı bir hissəsini yeni mövqeyə yerləşdirmək lazımdırsa Standart лStandard╗ alətlər lövhəsində Kəsmək лCut╗ və Yerləşdirmək лPaste╗ əmrlərindən istifadə etmək lazımdır.

Bunun üçün:

Sənədin lazımi fraqmentini qeyd edin.

Standart лStandard╗ alətlər lövhəsində Kəsmək лCut╗ əmrini basın. Kəsmək лCut╗ əmri sənəddən qeyd edilmiş mətni silir və onu saxlamaq üçün Yaddaşın bufer лClipboard╗ adlanan sahəsinə yerləşdirir. Kəsmək лCut╗ əmrini Ctrl+X klavişlərini kambinasiyası ilə də əvəz etmək olar.

Mausla fraqmentin yerləşdiriləcəyi yeni mövqeyi qeyd edin. Sonra Yerləşdirmək лPaste╗ düyməsini basın. Yerləşdirmək лPaste╗ düyməsini Ctrl+V klavişlərinin kambinasiyası ilə də əvəz etmək olar. Gördüyünüz kimi biz qeyd edilmiş fraqmentin yerini dəyişdik.

Əgər mətnin fraqmentinin surətini yeni mövqeyə köçürmək lazımdırsa Standart лStandard╗ alətlər lövhəsində Surətin çıxarılması лCopy╗ və Yerləşdirmək лPaste╗ əmrlərindən istifadə etmək lazımdır. Sənədin lazımi fraqmentini qeyd edin.Standart лStandard╗ alətlər lövhəsində Surətin çıxarılması лCopy╗ əmrini basın. Surətin çıxarılması лCopy╗ əmrini Ctrl+S klavişlərini kambinasiyası ilə də əvəz etmək olar. Gördüünüz kimi, bu halda mətndə heç bir dəyişiklik baş vermədi, lakin qeyd edilmiş fraqmentin surəti buferə лWindows Clipboard╗ yerləşdirildi. Mausla surətin köçürüləcəyi mövqeyi qeyd edin. Sonra Yerləşdirmək лPaste╗ düyməsini basınvə ya bu düyməni Ctrl+V klavişlərinin kambinasiyası ilə əvəz edin. Gördüyünüz kimi qeyd edilmiş fraqmentin surəti yeni mövqeyə köçürüldü.

Mətnin bir neçə fraqmentinin yerləşdirilməsi.

Microsoft Word-2000 də Yığmaq və yerləşdirmək лCollect and Paste╗ əmri mövcuddur. Bu əmr buferə 12-ə qədər elementin yerləşdirilməsinə və ya surətinin köçürülməsinə imkan verir.

Görünüş лView╗ menyusunda Alətlər lövhəsi лToolbars╗ əmrini seçin, sonra isə Mübadilə buferi лClipboard╗ hissəsində mausun düyməsini basın basın. Beləliklə ekranda Mübadilə buferi лClipboard╗ alətlər lövhəsi yarandı. İndi isə növbə ilə bir neçə fraqmenti buferə yerləşdirin və ya surətini köçürün. Məsələn:

1-ci abzası qeyd et və Kəsmək лCut╗ əmrini bas

Sonra 2-ci abzası qeyd et və Surətin çıxarılması лCopy╗ əmrini bas.

Və sonunda 3-cü abzası qeyd et və Kəsmək лCut╗ əmrini bas.

Diqqət edin, yaranmış Mübadilə buferi лClipboard╗ alətlər lövhəsində hər 3 abzas göstərilmişdir.Bu fraqmentlərin hər hansı birini yerləşdirmək üçün müvafiq elementi basmaq lazımdır, məsələn 2-ci abzası seçin. Gördüyünüz kimi, qeyd edilmiş mövqeyə məhz 2-ci abzas yerləşdi.

Bütün abzasların yerləşdirilməsi üçün hamısını yerləşdir лPaste All╗ düyməsini basın. Bu halda buferdə olan bütün fraqmentlər qeyd edilmiş mövqeyə köçürüləcək.

Buferin təmizlənməsi üçün Mübadilə buferini təmizləmək лClear Clipboard╗ düyməsini basmaq lazımdır. Beləliklə, mübadilə buferi təmizlənəcək. Dialoq pəncərəsini bağlayın.

 

Simvolların yerləşdirilməsi.

Tez-tez siz sənədi yaradarkən, klaviatura üzərində olmayan simvollardan istifadə etmək məcburiyyətində qalırınız. Klaviatura üzərində olmayan simvolların sənədə yerləşdirilməsi üçün kursoru lazımi yerdə yerləşdirin. İndi isə Yerləşdirmək лInsert╗ menyusunda Simvol лSymbol╗ əmrini seçin. Beləliklə ekranda Simvol лSymbol╗ dialoq pəncərəsi yarandı. İndi isə Şrift лFont╗ sahəsində müvafiq şrifti seçin (Windings -i seç). Diqqət edin, yeni şriftin yaranması zamanı müvafiq olaraq Simvolların siyahısı da dəyişir. Simvollardan hər hansı birini qeyd edin, məsələn telefonu ( və Yerləşdirmək лInsert╗ düyməsini basın. Dialoq pəncərəsini Bağlamaq лClose╗ düyməsinin köməyilə bağlayın. Beləliklə, qeyd edilmiş simvol mətndə yarandı.

Yerləşdirmək лInsert╗ menyusunun əlavə imkanları.

Yəqin ki, Web -səhifələrin əsas fərqləndirici cəhəti onlarda hiperəlaqələrin olmasıdır . Hiperəlaqə Web -səhifəyə keçidi təmin edir. Microsoft Word təkcə göstərilən Web -səhifəyə deyil, həm də lazımi sənədə və ya elektron poçtuna лe-mail╗ keçidi təmin edir.

Yerləşdirmək лInsert╗ menyusundan Hiperəlaqə лHyperlink╗ əmrinin üzərində düyməni basın. Eyni adlı dialoq pəncərəsi yaranacaq. Yaranmış pəncərənin Web-səhifənin və ya faylın adı sahəsində WWW.CASPIAN.COM ünvanını daxil edin və OK düyməsini basın. Diqqət edin, sizin sənədinizdə Hiperəlaqə yarandı. Siz hər dəfə göstərilən ünvanın üzərində mausu basmaqla Caspian Education Centre Mərkəzinin Web -səhifəsini gözdən keçirə bilərsiz.

Bir çox hallarda siz sənədi müzakirəyə təqdim etməzdən əvvəl daxil etdiyiniz düzəlişləri şərh etmək lazım gəlir. Şərhin daxil edilməsi üçün Yerləşdirmək лInsert╗ menyusunda olan Şərh лComment╗ əmrindən istifadə edilir.

Kursoru şərh ediləcək sözün yanında yerləşdirin və Yerləşdirmək лInsert╗ menyusunda olan Şərh лComment╗ əmrini seçin. Kursorla qeyd edilmiş yerdə şərhin nişanı yaranacaq. Sonra Word Şərh лComment╗ lövhəsini açacaq. Şərhinizi daxil edin. Lövhəni bağlamaq üçün Bağlamaq лClose╗ düyməsini basın. Diqqət edin, siz hər dəfə mausun göstəricisini şərh daxil edilmiş sözə yaxınlaşdırdıqda şərh görsənir.

 

Mətnin xarici görünüşünün dəyişdirilməsi.

Mətnin xarici görünüşünü Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində verilmiş vəsaitlərdən istifadə etməklə dəyişmək olar.

Sənədin redaktəsini asanlaşdırmaq üçün ekrana abzas işarələri, boşluqlar və s. kimi formatlaşdırma simvollarını çağırın. Bunun üçün Standart лStandard╗ alətlər lövhəsində çap edilməz simvollar лShow/Hide╗ düyməsini basın.

İndi isə Sadə formatlaşdırmanın yerinə yetirək. Redaktə ediləcək fraqmenti qeyd edin. Bunun üçün kursoru sözün əvvəlində yerləşdirin və mausu sol düyməsi sıxılı vəziyyətdə qeyd ediləcək fraqment boyunca hərəkət etdirin. Ayrı-ayrı sözlərin tez bir zamanda qeyd edilməsi üçün sözün üzərində mausun sol düyməsini 2 dəfə basmaq lazımdır.

Növbə ilə Qalın лBold╗, Maili лItalic╗ və altından xətt çəkmək лUnderline╗ düymələrini basın. Əgər lazımi düymə Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində yoxdursa, onu ekrana çıxarmaq üçün Digər düymələr лMore Buttons╗ menyusundan istifadə edin.

Qeyd etməni ləğv etmək üçün qeyd edilmiş fraqmentdən kənarda mausun düyməsini basın.

Diqqət edin, qeyd edilmiş fraqment qalındır, mailidir və altından xətt çəkilmişdir.

Şriftin və şriftin ölçüsünün dəyişdirilməsi.

Şriftin və eləcədə şriftin ölçüsünün dəyişdirilməsi üçün mausla redaktə ediləcək fraqmenti qeyd edin.

Formatlaşdırma alətlər lövhəsində лFormatting╗ mövcud şriftlərin siyahısını açmaq üçün Şrift лFont╗ sahəsində oxu basın. Şrift siyahısını gözdən keçirin və hər hansı birini seçin. Gördüyünüz kimi nəticədə mətnə yeni şrift tətbiq edildi.

İndi isə Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində Şriftin ölçüsü лFont size╗ sahəsində oxu basın, sonra siyahıdan 18-i seçin. Beləliklə, qeyd edilmiş fraqmentin ölçüsü 18-ə bərabər olacaq. Qeyd edilmiş fraqmentdən kənarda mausun düyməsini basaraq qeyd etməni ləğv edin.

Şriftin rənginin dəyişdirilməsi üçün redaktə ediləcək fraqmenti qeyd edin və Formatlaşdırma alətlər lövhəsində лFormatting╗ Şriftin rəngi лFont Color╗ sahəsində düyməni basın. Açılmış siyahıdan mausla göy rəngi qeyd edin.

Qeyd edilmiş fraqmentdən kənarda istənilən yerdə mausun düyməsini basaraq qeyd etməni ləğv edin OK-i basın. Beləliklə, gördüyünüz kimi, qeyd edilmiş fraqmentin rəngi dəyişdi.

Formatlaşdırmanın əlavə imkanları.

Word-ün Formatlaşdırma vasitələri təkcə Formatlaşdırma alətlər lövhəsində лFormatting╗ olan düymələrlə məhdudlanmır.Əlavə effektləri tətbiq etmək üçün redaktə ediləcək fraqmenti qeyd edin. Format menyusunda лFormat╗ şrift лFont╗ əmrini seçin. Şrift лFont╗ səhifəsində xəttin stili sahəsini лUnderline Style╗ açın. Bu sahədə 2 qatt xətti seçin. Xəttin rəngi лColor Underline╗ sahəsində oxu basın. Bu sahədə sözün altından çəkiləcək xətt rəngi seçilir. Qırmızı rəngi seçin.

Effektlər лEffects╗ bölməsindən müxtəlif effektlər tətbiq etmək olar. Formatlaşdırmanın nəticəsi nümunə лPurview╗ bölməsində göstərilir.

İndi isə animasiyalar лAnimation╗ sahəsini açın. Bu pəncərədə Web-səhifələrin formalaşdırılması zamanı yararlı ola biləcək animasiya effektlər seçmək olar.

Formatın surətinin çıxarılması.

Bəzən siz şrift və abzaslar üçün müəyyən edilmiş formatlaşdırma parametrlərini təkrar etməli olursunuz. Hər dəfə mətni qeyd etmək və bütün formatlaşdırma prosesini təkrar etmək əvəzinə formatın surətini çıxarmaq olar.

Bunun üçün, formatının surəti çıxarılacaq mətni qeyd edin. Standart alətlər lövhəsində лStandard╗ Nümunəyə görə format düyməsini лFormat Painter╗ basın. Bundan sonra mausun göstəricisini mətn boyunca hərəkət etdirməyə çalışın. Diqqət edin, artıq mausun göstəricisənə fırça işarəsi bərkidilmişdir.

Mausun sol düyməsi sıxılı vəziyyətdə fırçanı müvafiq sözün və əgər lazım gələrsə abzasın üzərinə çəkin. Gördüyünüz kimi, üzərinə fırça çəkilmiş abzas seçilmiş nümunənin formatını qəbul etdi.

Abzasların düzlənməsi.

Sənədin xarici görünüşünün dəyişdirilməsi üsullarından biri də abzasların düzləndirilməsi əməliyyatıdır. Düzləndirmə dedikdə səhifənin sahələrinə nisbətdə abzasın mövqeyi başa düşülür. Dörd düzləndirmə üsulları mövcuddur. Sol лAlign Left╗, sağ лAlign Right╗, mərkəzdən лCenter╗ və enə görə лJustify╗.

Məsələn sərlövhəni qeyd edin və Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində Mərkəzdən лCenter╗ düyməsini basın. Çox asanlıqla görmək olar ki, mətn səhifənin ortasında yerləşib.

2-ci abzası qeyd edin və Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində sağ лAlign Right╗ düyməsini basın. Beləliklə biz mətni səhifənin sağ sahəsinə görə düzləndirdik.

Bir neçə abzası qeyd edin və enə görə лJustify╗ düyməsini basın. Bu halda mətn eyni vaxtda həm sol, həm də sağ sahələr üzrə düzlənir. Qeyd etmək lazımdır ki, adi mətn bu üsulla yığılır.

Microsoft Word-2000-nin yeni funksiyalarından biri də mausun düyməsini 2 dəfə basmaqla düzləndirmə əməliyyatını yerinə yetirməkdir.

Bunun üçün mütləq Səhifənin formatlaşdırılması лPrint Layout╗ reciminə keçmək lazımdır. Üfiqi Sürüşdürmə zolağında soldan 3-cü düyməni basın. İndi isə mausun göstəricisini sənədin boş sahəsində 3 düzlənmə zonalarından birinə yerləşdirmək lazımdır, yəni ya sol, ya sağ, ya da mərkəzdə. Lazımi düzləndirmə tipini göstərən nişanın yaranması zamanı mausun düyməsini 2 dəfə basın və mətni daxil edin, məsələn лYəqin ki, Microsoft Word-ü PEHM-ları üçün nəzərdə tutulmuş güclü və yaxşı təşkil edilmiş proqramlardan biri hesab etmək olar╗.

Abzasların formatlaşdırlması.

Abzasda sağ və ya da sol sərhəddin quraşdırılması üçün Format лFormat╗ menyusunda Abzas лParagraph╗ əmri istifadə edilir. Gəlin sol sərhəddi dəyişək. Sərhədd лIndentation╗ sahəsində solu лLeft╗ seçin və sol sərhəddin ölçüsünü göstərin. Məsələn 1.5 sm və OK-i basın. Gördüyünüz kimi sol sərhədd dəyişdi.

Həmin əməliyyatı sağ sərhəddin seçilməsi üçün də yerinə yetirmək olar.

Xüsusi лSpecial╗ sahədə 1-ci sətrin sərhəddinin ölçüsü müəyyən edilir. Baş vermiş dəyişikliklər Nümunə лPreview╗ pəncərəsində göstərilir. OK-i basın. Qeyd etmək lazımdır ki, sərhəddin quraşdırılması əməliyyatını xətkeşdən istifadə etməklə də yerinə yetirmək olar.

Sətirlər arası intervalın dəyişdirilməsi üçün bu məqsəd üçün nəzərdə tutulan abzaslar qeyd edilir. Məsələn ilk 3 abzası qeyd edək. Format лFormat╗ munyusunda Abzas лParagraph╗ əmrini basın. Açılmış dialoq pəncərəsində sətirlər arası sahəsində лLine Spacing╗ sahəsində oxu basın. Açılmış siyahıdan lazımi variantı seçin. OK -i basın. Beləliklə Abzas лParagraph╗ dialoq pəncərəsi bağlanacaq, sətirlər arası interval isə dəyişəcək.

 

 

Böyüdülmüş hərf.

Çox güman ki, siz istərdiniz ki hər-hansı bir mətni böyük qəşəng formalı hərflə başlayasız. Bunun üçün:

Mausu Böyüdülmüş hərf daxil ediləcək abzasın istənilən yerində yerləşdirin. Format лFormat╗ munyusunda Böyüdülmüş hərf лDrop Cap╗ əmrini seçin. Mövqe лPosition╗ bölməsində böyüdülmüş hərfin yerləşdiriləcəyi yeri göstərin. Şrift лFont╗ sahəsində şrifti seçin. Neçə sətr hündürlüyündə лLines to Drop╗ sahəsində hərfin neçə sətr hündürlüyündə olacağını müəyyən edin. Mətnə qədər məsafə лDistance from text╗ sahəsində böyüdülmüş hərf ilə onun yanında yerləşən sətrlər arasında məsafəni göstərin. OK-i basın və abzasın 1-ci hərfinin necə Böyüdülmüş hərfə çevrildiyinə fikir verin.

Sadalanmış və nişanlanmış siyahılar.

Sadalanmış və nişanlanmış siyahıların yaradılması üçün Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində sadalama лNumbering╗ və nişanlar лBullets╗ düymələri mövcuddur.

Lazımi abzasları qeyd edin, məsələn STACCIS-dən başlayaraq 5 abzası qeyd edin. Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində Sadalama лNumbering╗ düyməsini basın. Gördüyünüz kimi sadalanmış siyahı yarandı. Nişanlanmış siyahının yaradılması üçün bu dəfə Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində Nişanlar лBullets╗ düyməsini düyməsini basın. Siyahını digər işarə və ya rəqəmlə göstərmək lazımdırsa Format лFormat╗ menyusundan Sadalanmış və nişanlanmış siyahıları лBullets and Numbering╗ əmri istifadə edilir.

Siyahını tamamladıqdan sonra Nişanlar düyməsini söndürün.

Mətnin bir neçə sütunda formatlaşdırılması.

Sənədin xarici görünüşünü qazet sütunlarından istifadə etməklə də dəyişmək olar. Sütunları görmək üçün Səhifənin formatlaşdırılması лPrint Layout╗ reciminə keçin. İndi isə qazet sütunlarını yerləşdirmək olar. Mausun göstəricisini Formatlaşdırma лFormatting╗ alətlər lövhəsində Sütunlar лColumns╗ düyməsinə gətirin və onun üzərində mausun sol düyməsini basın. Açılmış pəncərədə sütunların sayını göstərin, məsələn 3. Gördüyünüz kimi, sənəd 3 sütuna bölünmüşdür.

Qrafikdərin yerləşdirilməsi.

Word proqramında Qrafiki filtrlər mövcuddur. Onların köməkliyi ilə siz sənədinizə qrafik yerləşdirə bilərsiniz. Yerləşdirmək лInsert╗ menyusunu seçin, açılmış menyu səhifəsində şəkil лPicture╗ əmrini sonra isə yerləşdirmək istədiyiniz qrafikin tipini göstərin.

Şəkillər лClipArt╗

Fayllardan лFrom File╗

Avtofiqurlar лAuto Shapes╗

WordArt

Diaqramma лChart╗.

Skayner və ya kameradan лFrom scanner or Camera╗

Misal üçün sənədimizə hazır şəkil yerləşdirək. Bunun üçün Şəkillər лClipArt╗ əmrini seçin. Şəkillər dialoq pəncərəsində lazımi kateqoriyanı göstərin, məsələn heyvanlar лAnimals╗, sonra şəkli seçin, bu halda gördüyünüz kimi sizdə kontekst menyu yaranacaq. Şəklin sənədə yerləşdirirlməsi üçün şəklin yerləşdirilməsi лInsert ClipArt╗ əmrini seçin, pəncərəni bağlayın. Gördüyünüz kimi, seçilmiş şəkil sənəddə yarandı

Rəsmlərin çəkilməsi.

Word Sizin ixtiyarınıza müxtəlif rəsm alətlərindən ibarət olan Rəsm alətlər lövhəsini təqdim edir.

Standart лStandard╗ alətlər lövhəsində Rəsm лDrawing╗ düyməsini basın. Gördüyünüz kimi sənədin aşağısında yeni Rəsm лDrawing╗ alətlər lövhəsi yarandı.

Xətt лLine╗ düyməsinin köməkliyi ilə düz xətlər çəkilir. Xətt лLine╗ düyməsini basın. Mausun düyməsi sıxılı vəziyyətdə xətti çəkin. Xəttin çəkilməsini tamamlamaq üçün mausun düyməsindən əlinizi çəkin. Səlist, sınmayan düz xəttin çəkilməsi üçün mausun yerdəyişməsi zamanı Shift klavişini sıxın.

Avtofiqurlardan hər hansı birin çəkmək üçün Avtofiqurlar лAuto Shapes╗ düyməsini basın, müvafiq kateqoriyanı seçin, məsələn Ulduz və lentlər, sonra isə 8-guşəli ulduzu seçin. Mausun düyməsi basılı vəziyyətdə ulduzu çəkin.

Mətn qutusu лTex Box╗ düyməsinin köməkliyi ilə şəklə mətn əlavə edilir. Mausun düyməsi basılı vəziyyətdə Mətn qutusu лTex Box╗ çəkin. Əlinizi düymədən çəkərək Mətn qutusunu лTex Box╗ tamamlayın. Sonra isə lazımi mətni daxil edin.

Word çəkilmiş fiqurları avtomatik olaraq rəngləmir. Fiqurların daxili fonunun rənglənməsi üçün Daxili fonun rəngi лFill color╗ düyməsi istifadə edilir. Düymə üzərində olan rəng daxili fonun cari rəngini göstərir. Fiqurun cari rənglə rənglənməsi üçün fiquru qeyd edin, sonra isə Daxili fonun rəngi düyməsini basın. Gördüyünüz kimi fiqurun rəngi dəyişdi.

WordArt düyməsinin köməkliyi ilə siz çəkdiyiniz şəklə və ya sənədin istənilən hissəsinə WordArt obyekti yerləşdirə bilərsiniz.

Sənədə WordArt obyektinin yerləşdirilməsi növbəti üsulla həyata keçirilir.

WordArt лInsert WordArt╗ düyməsini basın. Mausun düyməsi ilə 4-cü sütunda 3-cü nümunəni seçin və OK-i basın. лGözəllik dünyanı xilas edəcək╗ cümləsini daxil edin. Daxil edilənlərin təsdiqi kimi OK-i basın. İstəyinizə görə yerləşdirilən obyekt yenidən redaktə edilə bilər. Bunun üçün Obyektin üzərində mausun sağ düyməsini basaraq Obyektin kontekst menyusunu çağırın və WordArt -ın formatlaşdırılması лFormat WordArt╗ əmrini seçin.

Jədvəllərin yaradılması.

Formatlaşmamış cədvəlin tez bir zamanda sənədə yerləşdirilməsi üçün Standart лStandard╗ alətlər lövhəsində Jədvəlin yerləşdirilməsi лInsert Table╗ düyməsini basın. Mausun düyməsini yaranmış torun üfiqi və şaquli istiqamətləri boyunca gəzdirərək yaradılacaq cədvəlin sətr və sütunlarının sayını müəyyən edin. Torun uzadılması üçün mausu düyməsi sıxılı vəziyyətdə aşağı çəkin, Torun enlənməsi üçün isə həmin əməliyyatı sağ istiqamətdə təkrar edin.

Mausun tor boyunca hərəkəti prosesində Word mausun hərəkətindən asılı olaraq sətr və sütunların sayını göstərir. Məsələn 8x7 göstərir ki, cədvəldə 8 sətr və 7 sütun olacaqdır.

Beləliklə, 8 sətr və 6 sütun seçərək mausun düyməsindən əlinizi çəkin. Beləliklə gördüyünüz kimi cədvəl sizin sənədinizə yerləşdi.

Jədvəllərin formatlaşdırılması.

Jədvəllərin formatlaşdırılması üçün Jədvəllər və Haşiyələr лTables and Borders╗ alətlər lövhəsi mövcuddur. Ekranda bu alətlər lövhəsinin görsənməsi üçün Standart лStandard╗ alətlər lövhəsində Jədvəllər və Haşiyələr лTables and Borders╗ düyməsini basın. Gördüyünüz kimi ekranda Jədvəllər və Haşiyələr лTables and Borders╗ yarandı.

Jədvəli formatlaşdırmazdan əvvəl ilk növbədə cədvəli qeyd edin. Sonra Jədvəl лTable╗ menyusunu açın və Jədvəli qeyd et лSelect table╗ əmrini seçin. Xəttin tipi лLine style╗ siyahısında istədiyiniz tip xətti seçin. Sonra xəttin qalınlığı лLine Weight╗ sahəsində istədiyiniz qalınlıqda xətt seçin. Haşiyənin rəngi лBorder Color╗düyməsini basın və istədiyiniz rəngi seçin. Haşiyələr лBorder╗ düyməsini basın və haşiyənin tipini müəyyən edin. Və sonunda Daxili fonun rəngi лShading Color╗ düyməsini basın və istədiyiniz rəngi seçin. Gördüyünüz kimi, Jədvəllər və sərhədlər лTables and Border╗ alətlər lövhəsinin köməkliyilə çox asanlıqla cədvəl formatlaşdırıldı.

Jədvəllərin çəkilməsi.

Jədvəlin çəkilməsi лDraw Table╗ düyməsinin köməyilə də cədvəl çəkmək olar. Jədvəlin çəkilməsi лDraw Table╗ düyməsini aktivləşdirin. Jədvəl çəkmək üçün alət aktivləşdikdə mausun kursoru artıq qələmə çevrilir. Mausun düyməsi sıxılı vəziyyətdə cədvəli çəkin. Jədvəlin çəkilməsini tamamladıqdan sonra yenidən alətlər lövhəsində Jədvəlin çəkilməsi лDraw Table╗ düyməsini basaraq bu əmri söndürün.

Sətr və sütunların xətlərinin silinməsi üçün Jədvəllər və sərhədlər лTables and Borders╗ alətlər lövhəsində olan Pozan лEraser╗ düyməsi istifadə edilir. Pozanı лEraser╗ mauzun sol düyməsi sıxılı vəziyyətdə silinəcək sətr və sütunların xətləri boyunca gəzdirin. Gördüyünüz kimi, müvafiq sətr və sütun silindi.

Sütunların eninin və sətirlərin hündürlüklərinin düzləndirilməsi.

Hərşeydən əvvəl lazımi sətr və ya sütunları qeyd edin. Sütunların eninin bərabərləşdirilməsi üçün Jədvəllər və haşiyələr лTables and Borders╗ alətlər lövhəsində Sütunların eninin eyniləşdirilməsi лDistribute Columns Evenly╗ düyməsini basın. Sətirlərin hündürlüklərinin bərabərləşdirilməsi üçün Jədvəllər və haşiyələr лTables and Borders╗ alətlər lövhəsində Sətirlərin hündürlüklərinin eyniləşdirilməsi лDistribute Rows Evenly╗ düyməsini basın. Gördüyünüz kimi, sətirlərin hündürlükləri və sütunların eni müvafiq olaraq düzləndi.

Jədvəldə sətirlərin hündürlüklərinin və sütunların eninin müəyyən edilməsi.

Sütunların enini və sətirlərin hündürlüklərini müəyyən etməzdən əvvəl Görünüş menyusunda лView╗ xətkeşi лRuler╗ aktivləşdirin.

Kursoru enini dəyişmək istədiyimiz sütunun sağ sərhəddində yerləşdirin.

Bu halda, mausun göstəricisi şaquli ikitərəfli oxa çevrilir. Sütunun sərhəddini sağ və ya sola hərəkət etdirərək sütun üçün istədiyiniz eni müəyyən edin.

Mausun göstəricisini hündürlüyünü dəyişmək istədiyimiz sətrin aşağı sərhəddində yerləşdirin. Tələb olunan sətr hündürlüyünə müvafiq olaraq mausla sərhəddi yuxarı və ya aşağı çəkin.

Xanaların birləşdirilməsi və bölünməsi.

Xanaların birləşdirilməsi üçün birləşdirilməsi nəzərdə tutulan xanalar qrupunu qeyd edin. Jədvəllər və haşiyələr лTables and Borders╗ alətlər lövhəsində Xanaları birləşdirmək лMerge Cells╗ düyməsini basın. Beləliklə 1-ci sətrdə bütün xanalar birləşdi.

Xanaların bölünməsi üçün bölünəcək xanalar qrupunu qeyd edin. Jədvəllər və haşiyələr лTables and Borders╗ alətlər lövhəsində Xanalara bölmək лSplit Cells╗ düyməsini basın. Açılmış dialoq pəncərəsində sütunların sayı лNumber of Columns╗ sahəsində lazımi sütun sayını göstərin. OK-i basın

Jədvəlin xanalarının doldurulması.

Jədvəlin xanalarının doldurulması sənədə mətnin daxil edilməsi kimi yerinə yetirilir. Bir xanadan digərinə keçmək üçün klaviaturada tabulyatoru basın. Əvvəlki xanaya qayıtma üçün SHIFT+TAB-ı basın.

Kursoru 2-ci sütunun 2-ci xanasında yerləşdirin.

лSoyadı╗ daxil edin. Tav-ı basın.

2-ci xanaya лAd╗ daxil edin. Tav-ı basın.

3-cü xanaya лAtasının adı╗ daxil edin. Tav-ı basın.

4-cü xanaya лünvan╗ daxil edin. Tav-ı basın.

Sonuncu xanaya лTelefon╗ daxil edin Tav-ı basın.

Xanaya nisbətdə mətnini düzləndirilməsi üçün lazımi mətni qeyd edin və Düzləndirmə лAlign╗ düyməsini basın. Sizin seçiminizdən asılı olaraq lazımi variantın üzərində mausu basın, məsələn, birinci variantı seçin. Gördüyünüz kimi, mətn sol istiqamətdə düzləndi.

Jədvəl daxilində mətnin istiqamətinin dəyişdirilməsi.

Jədvəllərdə bəzən xanalar ensiz olduğu üçün verilənləri yerləşdirmək çətin olur. Lazımi xanaları qeyd edin. Jədvəllər və haşiyələr лTables and Borders╗ alətlər lövhəsində Mətnin istiqamətini dəyişmək лChange Direction╗ düyməsini basın. Hər dəfə bu düymə üzərində mausun sol düyməsini basdıqda mətnin istiqaməti şaquli aşağı, şaquli yuxarı və ya üfiqü istiqamətlərdə çevrilir.

Xanaların əlavə edilməsivə silinməsi.

Jədvəlin istənilən hissəsinə xana və ya xanalar qrupu yerləşdirmək olar.

Bunun üçün kursoru lazımi xanada yerləşdirin. Jədvəl лTable╗ menyusunda Xanalar yerləşdir лInsert Cells╗ düyməsini basın. Eyni adlı dialoq pəncərəsi yaranacaq. Verilənlərin içərisindən lazımi variantı seçin.

Məsələn Bütöv sətrin yerləşdirilməsi лInsert entire Row╗ əmrini seçin. OK-i basın. Gördüyünüz kimi yeni sətr əmələ gəldi.

Sətr və sütunlardan xanaların silinməsi növəti üsulla yerinə yetirilir.

Silinəcək xanaları qeyd edin. Jədvəl лTable╗ menyusunda Xanaların silinməsi лDelete Cells╗ əmrini seçin. Açılmış dialoq pəncərəsində lazımi variantı seçin.

Məsələn, Bütöv sətrin silinməsi лDelete entire Row╗ variantını seçin. Ok-i basın. Gördüyünüz kimi sətr silindi.

Sahələrin müəyyən edilməsi.

Word adətən yan sahələri 3,17, yuxarı və aşağı sahələri isə 2,54 sm müəyyən edir. Əgər siz bu parametrləti dəyişmək istəyirsinizsə növbəti addımları yerinə yetirin.

Fayl лFile╗ menyusunu seçin və Səhifənin parametrləri лPage Setup╗ əmrini basın. Səhifənin parametrləri лPage Setup╗ dialoq pəncərəsi açılacaq. Sahələr лMargins╗ səhifəsində səhələri dəyişin.

Məsələn:

Yuxarı sahəni лTop╗ -2 sm

Aşağı sahəni лBottom╗ -2,5 sm

Sol sahəni лLeft╗ -3 sm

Sağ sahəni лRight╗ -1 sm götürün.

Vərəqin ölçüsünü dəyişmək üçün növbəti əməliyyatlar yerinə yetirilir.

Vərəqin ölçüsü лPaper Size╗ səhifəsinə keçək. En лWidth╗ sahəsində vərəqin enini göstərin, məsələn 21 sm. Hündürlük лHeight╗ sahəsində vərəqin hündürlüyünü göstərin, məsələn 29,7 sm. Göstərdiyimiz ölçülər adətən çap üçün istifadə etdiyimiz A4 formatın ölçüləridir. Vərəqin istiqamətini dəyişmək üçün İstiqamət лOrientation╗ bölməsində ya Portret лPortrait╗ya da Albom лLandscape╗ istiqamətlərindən birini seçin.

лGüzgü sahələr╗ лMirror Margins╗ termini eyni vərəqin yan sahələrinin kitabdakı kimi bir birinin güzgü əksi olduğunu bildirir. Siz güzgü sahələrdən istifadə etdiyiniz zamanı, Word hər səhifədə sağ və sol sahələri çevirir. Diqqət edin, sağ лRight╗ və sol лLeft╗ sahələr daxili лInside╗ və xarici лOutside╗ sahələrə çevrilirlər. Siz dəyişiklikləri Nümunə лPreview╗ pəncərəsində izləyə bilərsiniz.

Adətən səhifələrin çapı zamanı, əgər lazım gələrsə cildləmək üçün əlavə sahə saxlayırlar. Bunun üçün cildləmək лGutter╗ sahəsində cildləmək üçün sahəni göstərin, məsələn 1,5.

Sonunda dəyişikliklərin təsdiqi üçün OK-i basın.

Sənədə çapdan əvvəl baxış.

Faylın çap olunmuş vəziyyətdə necə görünəcəyi haqda təsəvvür yaratmaq üçün Sənədə çapdan əvvəl baxış лPrint Preview╗ pəncərəsindən istifadə etmək lazımlır. Bu pəncərədə mətnin real olaraq səhifələrdə necə yerləşməsi göstərilir.

Sənədə çapdan əvvəl baxmaq üçün Standart лStandard╗ alətlər lövhəsində olan Sənədə çapdan əvvəl baxış лPrint Preview╗ düyməsini basın. Eyni adlı pəncərə yaranacaq ki , bu pəncərə də sənədin 1-ci səhifəsi görsənir. Bu pəncərədə Word -ün menyu sətrindən sonra Sənədə çapdan əvvəl baxış лPrint Preview╗ reciminin alətlər lövhəsi yerləşir.

Ekrana bütün səhifələrin çıxarılması üçün Sənədə çapdan əvvəl baxış лPrint Preview╗ alətlər lövhəsində Bir neçə səhifə лMultiple Pages╗ düyməsini basın.

Açılmış cədvəldə mausun göstəricisini sol düyməsi sıxılı vəziyyətdə xanalar üzrə hərəkət etdirin.

Nəzərə alın ki, hər 1 xana 1 səhifəyə bərabərdir.

Səhifələrin sadalanması.

Əgər sizin sənədinizin məzmunu bir səhifədən çox olarsa, yəqin ki siz səhifələri sadalamaq istərdiniz. Bunun üçün Yerlşdirmək лInsert╗ menyusunda Səhifələrin sadalanması лPage Number╗ əmrini basın. Mövqe лPosition╗ sahəsində oxu basın və açılmış siyahıda ya Səhifənin yuxarısında лTop of page╗ ya da Səhifənin aşağısında лBottom of page╗ variantını seçin. Düzlənmə лAlign╗ sahəsində oxu basın və mərkəzdən düzlənməni лCenter╗ seçin. Əgər birinci səhifədə nömrə lazım deyilsə Birinci səhifədən göstərmək лShow number of First Page╗sahəsini ləğv edin. OK-i basın. Gördüyünüz kimi, nəticədə birinci səhifədən başqa bütün səhifələr sadalanacaq.

Sənədlərin çapı.

Sənədi çap etmək üçün ən sadə yol Standart лStandard╗ alətlər lövhəsində olan Çap лPrint╗düyməsini basmaqdır. Bu zaman sənədin bütün səhifələri əvvəlcədən qəbul edilmiş parametrlər əsasında çap edilir. Sənədi həmçinin Sənədə çapdan əvvəl baxış лPrint Preview╗ recimində Çap лPrint╗ düyməsini basmaqla çap etmək olar.

Sənədin çap edilməsi üsullarından biri də Fayl лFile╗ menyusunda olan Çap лPrint╗ əmridir. Ad лName╗ sahəsində printerin adı göstərilir. Əgər siz yalnız ekranda görünən, cari səhifəni çap etmək istəyirsinizsə Səhifələr лPage Range╗ bölməsində cari səhifə лCurrent Page╗ variantını qeyd edin. Nəticədə yalnız ekranda olan cari səhif çap edidləcək.

Əgər siz konkret səhifələri çap etmək istəyirsinizsə Səhifələr лPage Range╗ bölməsində Səhifələr лPages╗ variantını qeyd edin və nömrələr arası vergül olmaq şərtilə lazımi nömrələri və ya nömrələr diapazonunu daxil edin. Məsələn 3,6,8. Nəticədə 3,6 və 8-ci səhifələr çap ediləcək.

Sənədin bir neçə surətinin çap edilməsi üçün Surətlərin sayı лNumber of copies╗ sahəsində surətlərin sayını qeyd edin. Məsələn 2 daxil edin. Surətə görə nizamlama лCollate╗ sahəsindən qeydi götürün. Bu əməliyyat əvvəlcə 1-ci səhifədən 2 ədəd sonra 2-ci səhifədən 2 ədəd və s. bu ardıcıllıqla surətləri çap etməyə imkan verir.

Əgər 1 səhifə üzərində 1 neçə səhifəni çap etmək lazımdırsa, Çap лPrint╗ dialoq pəncərəsində Miqyas лZoom╗ bölməsində bir vərəqdə səhifələrin sayı sahəsində лPages per sheet╗ açılmış siyahıdan lazımi variantı seçin. Məsələn, əgər siz 2 səhifəni 1 vərəqdə çap etmə istəyirsinizsə 2 qiymətini seçin. OK düyməsini basın. Beləliklə də 1 səhifə üzərində 2 səhifəlik mətn çap ediləcək.

 


 

 

Сайт управляется системой uCoz