Mühazirə İ

Əməliyyat   sistemləri

Sistem proqram tə'minatı  (SPT) kompüterdə informasiyanın e'malı  prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün norнmal mühiti tə'min edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bə'zən onu kompüterin bir hissəsi də hesab edirlər. əməliyyat sistemləri SPT-nın  əsas tərkib hissəsidir.

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər  proqramlarla qarşılıqlı  əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı  dialoqu  tə'min edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

Əməliyyat sistemləri  Ц informasiya e'malının idarə olunнmaнsını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini tə'min edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirlнməsinə nəzarət edir.

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

- birməsələli (biristifadəçili);

- çoxməsələli (çoxistifadəçili);

- şəbəkə.

Birməsələli ƏS Ц müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MSЦDOS-dur.

Çoxməsələli ƏS Ц kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni tə'min edir. Bu tip ƏS-nə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.

Şəbəkə ƏS Ц lokal və  qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraнciətini tə'min edir. Bu ƏS-nə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.

ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama  sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu  (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin  aşağıdakı növləri var.

Proqram interfeysi Ц hesablama  sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini tə'min edən vasitələr məcmusudur.

İstifadəçi interfeysi Ц istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində  istifadəçi  interfesi əmrli obyektyönlü ola bilər.

Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.

Obyektyönlü interfeys Ц obyektlər, yə'ni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s. üzərində əməliyнyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası лonluq kəsr╗ şəklində 6.00, 3.11, 2.1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüz'i dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.

Əməliyyat  sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

- sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi, çoxistifadəçi;

- sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

- prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

- prosessorun mərtəbələrini sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli;

- interfeysin tipinə görə: əmrli və obyektyönlü;

- informasiya e'malı reciminə görə: paket e'mallı, vaxt bölgülü, real  vaxta görə;

- resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Birinci əlamətə görə, biristifadəçi ƏS-dən fərqli olaraq, çoxнistifadəçi əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir.

İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir.

Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması reciminə imkan verir.

Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəsi prosessorun mərtəbəsi ilə tə'yin olunur.

Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə bölünür.

Altıncı əlamətə uyğun olaraq, ƏS-ləri aşağıdakı növlərə bölünürlər:

- paket e'mallı: kompüterdə yerinə yetirilməli proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və proqramlar mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir;

- vaxt bölcülü (TSR): bir neçə istifadəçinin müxtəlif terminalнlarнdan eyni vaxtda kompüterə dialoq (interaktiv) recimində müraciətini tə'min etmək üçün ƏS tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir;

- real vaxta görə: kompüterə nəzərən bu və ya başqa dərəнcəнdə xarici olan hadisə, proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına, müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını tə'min edir.

Yeddinci əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkəyə qoşulmuş kompüter resurslarının idarəsi üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, Windows NT, Windows 95/98  və Windows2000-ni qeyd etmək olar.

DOS ailəsinin əməliyyat sistemləri. Bu ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System - Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.

DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

-  istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;

-  sistemin IBM  tipli  müxtəlif kompüterlərdə  işləməsini tə'min etmək uçün struktur  modulluğu;

-  sistemin işləməsi üçün  nisbətən kiçik ölçülü  əməli yaddaş (640 kbayt).

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışнmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraнciətdən mühafizə vasitələrinin olmamasıdır.

DOS əməliyyat sistemi haqqında ətraflı mə'lumat sonrakı paraqrafda verilir.

OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompüнterнlərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərəнfinнdən OS/2  ƏS hazırlanmışdır. OS/2 (Operating System/2)  ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini tə'min edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sisteнmini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də  proqнramнların yazılmasında API (Application Programming Interfase)Ц tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modulнlarından istifadə etmək olar.

OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə  malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də   istifadə etməyə imkan verir.

 OS/2 Цnin aşağıdakı modifikasiyaları  movcuddur:

-          OS/2 Warp3.0 Ц yaddaşdan istifadə və qrafiki interfeys təkнmilнləşdirilib;

-          OS/2 Warp Connect Ц şəbəkə imkanları təkmilləşdirilib;

-          OS/2 Warp Server Ц serverli ƏS-də iş üçün nəzərdə tutuнlub;

OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqнramнннlara malik olmasıdır ki, bu da onun MS-DOS  və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.

 

 

Сайт управляется системой uCoz