Mühazirə İİ

 Muhazire   MS-DOS əməliyyat sistemi

MS-DOS əməliyyat sistemi diskdəki verilənlərin idarə edilməsində yeni üsullardan istifadə etməklə, servis proqramlar üçün olduqca geniş əmrlərdən istifadə edir. PC-DOS 1.0 və MS-DOS 1 .0 əməliyyat sistemləri 64 Kbayt yaddaşdan istifadə etməklə, yalnız 8Kbayt yer tutur.

İlk vaxtlar IBM PC modelləri 160Kbayt disketlər üçün disk aparıнcıнsından ibarət olduğundan PC-DOS 1.0-sistemi yalnız bu qurğular üçün nəzərdə tutulmuşdur.

1983-cü ilin martında IBM PC XT modeli üçün MS-DOS 2.0 yaradıldı. Bu yeni əməliyyat sistemi 360Kbayt disket və 10Mbayt sərt disk üçün nəzərdə tutulmaqla, kataloqlar üzrə faylların çeşidlənməsi imkanına malik idi.

MS-DOS-un əsas inkişaf tarixi versiyalarının üçünнcü nəslinin yaradılması ilə başlandı. 1984-cü ilin noyabrında MS-DOS 3.1, 1985-ci ilin dekabrında MS-DOS 3.2 və 1987-ci ilin aprelində isə MS-DOS 3.3 əməliyyat sisнtemнləri meydana gəldi. Bu versiyalardan çox geniş yayılanı MS-DOS 3.3 oldu.

MS-DOS 3.0 əməliyyat sistemi Intel 80286 mikroprosessoru, 5,25-düym disk aparıcısı (1,2 Mbayt disketlər üçün) və 20-Mbayt sərt diski olan yeni model IBM PC AT komнpüнterləri üçün nəzərdə tutulmuşdur. MS-DOS 3.2 isə 720Kbayt 3-düym disketlər və məntiqi bölmələri olmaqla tutumu 32Mbayt olan sərt disklər üçün nəzərdə tuнtulmuşdur. Bu sistemə milli valyutanın təsviri, vaxtı, simvollar cədvəli və klaviaturanın düzülüşünü nəzərə alan əlavələr edilmişdir.

MS-DOS 3.3 isə əvvəlkilərə nisbətən yeniнləşнdiнriнləнrək, 3,5 düym 1,44Mbayt disketlər üçün işləyirdi. Bu dövrdə IBM âÿ Microsoft firmaları 80286 və 80386 mikroprosessorları olan kompüterlər ilə uyuşan IBM PC kompüteri üçün yeni əməliyyat sistemi olan OS/ 2 üzərində işləyirdilər. MS-DOS-dan fərqli olaraq OS/2 çox məsələli rejimdə işi tə'min edirdi.

OS/2 sistemi 1987-ci ilin noyabrında yarandı, amma çoxda populyar olmadı. 1988-ci ildə yaradılan MS-DOS 4.0 və 4.1- də demək olar ki, istifadəçiləri cəlb etmədi. İstifadəçilər əsasən MS-DOS 3.3-ə üstünlük verirdilər ki, bu əməliyyat sistemi MS-DOS 4-ə nisbətən əməli yaddaşda 10 Kbayt az yer tuturdu.

MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. YəТni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığнmalıdır. Buna baxmayaraq IBM RS kompüterlərinin milнyonнlarla istifadəçiləri MS-DOS-dan razılıqla istifadə edirdilər. Bununla yanaşı Ìicrosoft firması MS-DOS-un çatışmazlıqlarını aradan qaldırmaq üçün ciddi tədqiqatlar aparırdı. İlk növbədə istifadəçiləri qrafiki interfeyslə təТmin edilməsi problemi həll olundu və Windows adlı qrafiki interfeysli sistem yaradıldı. Lakin yaradılan bu sistemin ilkin variantları MS-DOS tərəfindən yüklənir və xüsusi statusla idarə olunurdu. Kompüterin bütün yaddaş həcнmiнnə müraciət MS-DOS-un drayveri Himem. sys və MS-DOS-un genişlənməsi adlanan xüsusi sistem tərəfindən aparılırdı. Bununla da çoxməsələli iş rejiminin tam qrafiki pəncərə interfeysi ilə birlikdə həyata keçirilməsinə imkan yarandı.

1993-1994-cü illərdə MS-DOS-un bir neçə versiyaları satışa buraxıldı. Bunlardan ən əhəmiyyətlisi MS-DOS 6.0, çoxlu orijinal və lisenziyalı proqramların, o cümlədən, veriннlənlərin dinamiki sıxılması ilə diskin fayl tutumunu artıran Ìicrosoft Double Space proqramının olması ilə fərqlənirdi. MS-DOS 6.2 və MS-DOS 6.22 versiyнaнlaнrınнda həmin proqram daha da təkmilləşdirildi.

Metodik göstəriş MS-DOS 6.22 əməliyyat sisteminə əsaslanaraq tərtib olunmuşdur.

MS-DOS əməliyyat sisteminin strukturu və funksiyaları.

MS-DOS iyerarxik kataloq strukturuna əsaslanan, çevik fayl sisteminə və əlverişli əmrlərə malik olan əməliyyat sistemidir.

MS-DOS Цun əsas komponentləri aşağıdakılardır:

  • giriş-çıxış baza sistemi -BIOS (Basic Input/Output System);
  • başlanğıc yükləmə blokunda (Boot Record) yerləşən sistem yükləyici SB (System Bootstrap);
  • gizli IO. SYS faylında yerləşən BIOS-un genişlənmə modulu;
  • kəsilmələrin e"malı modulundan təşkil edilmiş MSDOS.SYS gizli faylı;
  • əmrlər prosessorundan təşkil edilmiş command.com faylı;
  • MS-DOS-un xarici əmrlərini (genişlənməsi .com olan fayllar) yerinə yetirən utilitlər;
  • diskdə fayl şəklində yerləşən qurğuların drayverləri;
  • MS-DOS-un quraşdırılması parametrləri haqqında inforнmaнsiyadan təşkil olunmuş config.sys konfiqurasiya faylı;
  • MS-DOS-un konfiqurasiyasını və quraşdırılması paraнmetrнlərinin yerinə yetirilməsi üçün autoexec.bat əmrlər faylı.

İndi isə bu komponentlərdən bə"zilərinin əsas funksiyarana baxaq.

g iriş-çıxış baza sistemi(BIOS) kompüterin daimi yaddaş qurğusunda (DYQ) yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan ƏS-nin sadə və universal funksiyalarının yerinə yetirilməsindən ibarətdir. BIOS həmçinin kompüter qoşularkən yaddaş və qurğuнlaнrın işini yoxlayan test proqramlarını DYQ-da saxlayır. Bunlardan başqa BIOS-da ƏS-nin yükləyicisini çağıran proqram mövcuddur.

s istem yükləyici kiçik bir proqram olmaqla BIOS - un genişнlənнmə modulunu və kəsilmələrin e'malı modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulub.

BIOS-un genişlənmə modulu (io.sys faylı) ƏS-nə çeviklik verнməkнlə fərdi kompüterin aparat vasitələrinin idarə olunmasına imkan verir. Bu modul əlavə drayverlərin qoşulmasına imkan verir.

Kəsilmələrin e 'malı modulunun (msdos.sys faylı) kompoнnentнləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini tə'min edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrin və səhvlərin e'malına xidmət edən proqramdır.

ə mrlər prosessoru (command.com - faylı) sistem diskdə ixtiнyaнri yer tutan icra olunan adi proqramdır. Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir:

- klaviatura və ya əmrlər faylından götürülən əmrləri qəbul edir və araşdırır;

- command.com faylının daxilində yerləşən MS-DOS Цun əmrlərini yerinə yetirilir;

- com, exe tipli fayllarda saxlanılan MS-DOS Цun xarici əmrləri və tətbiqi proqramlar yüklənir və yerinə yetirilir.

Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçaнlanır:

- əməli yaddaşda daimi yerləşən rezident hissə;

- ƏYQ və disk arasında verilənlərin ötürülməsi ilə dövri olaraq dəyişən rezidentsiz hissə.

Rezident hissə 22h . . . 24h nömrəli kəsilmələri standart e'mal edən altproqramları özündə saxlayır. Burada həmçinin ƏYQ-nin rezidentsiz hissəsini boşaldan proqram və kompüterin qoşulнmaнsınнda avtomatik yüklənən autoexec.bat faylını e'mal edən altнproqнram yerləşir.

Utilitlər və ya MS-DOSЦun xarici əmrləri əməнliyyat sistemi ilə birlikdə yaradılmış proqramlardır. Bu proqнramнlar müxtəlif xidməti əməliyyatları (disketi formatнlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər.

Qurğuların drayverləri MS-DOS əməliyyat sisteminin giriş-çıxış sistemini tamamlayan və yeni qurğulara xidməti tə'min edən bir proqramdır. Drayverlər əməliyyat sisteminin yüklənməsi zamanı kompüterin yaddaşına yüklənir, adları isə config.sys konfiqurasiya faylındə göstərilir.

dİSK əməliyyat sisteminin əsas anlayışları

İnformasiya xarici daşıyıcılarda fayllar şəklində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video film və s. ola bilər.

Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, MS-DOS-un əmrlər faylı və s. ola bilər. Mətn faylları ASCII simvollarından ibarət olduğundan çox vaxt bu fayllara ASCII faylları da deyilir.

Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciəti üçün faylların işarəsi olmalıdır. Bu işarə faylın adı adlanır. Faylın hansı ad daşımasının kompüter üçün elə bir əhəmiyyəti yoxdur. Belə ki, kompüter əməliyyat sistemindən diskin müəyyən olunmuş yerindən müəyyən olunmuş sayda baytın oxunması tə'limatını alır.

DOS əməliyyat sistemlərində faylın işarəsi iki hissədən ibarətdir: ad və genişlənmə. Bə'zən ad və genişlənməyə birlikdə faylın adı da deyilir. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvolardan, genişlənməsi isə 0-dan 3-ə kimi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma diskнdə faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:

  • latın əlifbasının böyük və kiçik hərfləri;
  • rəqəmlər: 0-dan 9-a kimi
  • simvollar: -, _, $, #, &, @, !, %, (, ), {, }, ', ~, ^.

m əsələn:

command.com autoexec.bat prog_1.doc

Amma bə"zi əməliyyat sistemlərində (Windows 95/98/200, OS/2 və Windows NT) uzun adlı fayllardan istifadə olunur. MS-DOS əməliyyat sistemindən fərqli olaraq, müasir Windows 95/98/2000, OS/2 və Windows NT əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 254 simvoldan istifadə etmək olar. Bu adlara uzun adlar deyilir. Uzun adlarda idarəedici (kodları 31-ə kimi olan simvollar) və \ ,/, :, *, ?, ", <, >, | simvollarından başqa bütün simvollardan istifadə etmək olar.

Uzun adlı fayllarda 254 simvola kimi istifadə edilməsinə baxmayaraq, 60-70 simvola kimi istifadə etmək məsləhətdir.

Windows 95/98/2000, OS/2 və Windows NT əməliyyat sistemlərində uzun adlı fayllardan MS-DOS-da istifadə edərkən buradakı boşluqlar silinir və qısa adlarda mümkün olmayan + , ; = [ ] simvollar isə _ simvolu ilə əvəz olunur. Uzun adların 6 simvolu götürülür və ~1 simvolları əlavə olunur. Əgər bu ad varsa onda ~2 simvolları, bu ad da varsa onda ~3 simvolları və s. əlavə olunur. Burada ümumi simvolların sayı 6 götürülür. Məsələn:

 
Uzun ad Qısa ad
567.8956.2345.123456.doc 567895~1.doc
[]{}doclad.doc __{}do~1.doc
Document 2000.txt docume~1.txt
Pisğmo o üenax. doc PİSĞMO~1.doc
Unvan.txt unvan. txt

Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı yükləyən fayl mövcuddur ki, bu fayl icra olunan fayl adlanır. İcra olunan faylın genişlənməsi . COM və ya . EXE olur. Ümumiyyətlə bir çox proqramlar faylın genişlənməsini özü tə'yin edir ki, bununla faylın hansı proqram tərəfinən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə faylın tipini göstərir və onlardan bir çoxu standartнdır. Məsələn:

  • . COM , . EXE Цyerinə yetirilməyə hazır olan, yə'ni icra olunan fayllar;
  • . BAT Цəmrlər ( Batch ) faylı;
  • . TXT Цmətn faylı;
  • .MDBЦAccess VBİS-nin faylı;
  • .XLS ЦExcel elektron cədvəl faylı;
  • .DOCЦMicrosoft Word mətn redaktoru faylı;
  • .pas Ц Paskal dilinin proqram faylı;
  • .c Ц C dilinin proqram faylı;
  • .asm Ц Assembler dilinin proqram faylı;
  • .bak Ц faylın dəyişiklikdən əvvəlki surəti;
  • .ARJ və .ZIPЦsıxlaşdırılmış fayllar.

MS-DOS əməliyyat sistemində qrup faylları işarə etmək üçün şablonlardan (ingiliscə pattern ) istifadə etmək olar. Şablonda qlobal simvollardan (şablonun simvolları) istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu * (ulduz) və ? (sual işarəsi) simvollarıdır.

f aylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki, bu mövqedən başlayaraq adın (genişlənmənin) sonuna kimi ixtiyari sayda mümkün simvollar ola bilər. Məsələn, *.DOC Цgenişlənməsi .DOC olan bütün fayllar, METOD.* Ц adı METOD olan (Məsələn, METOD. DOC, METOD.EXE, METOD.TXT və s.) istənilən fayl, AZ* .DOCЦgenişlənməsi .DOC olan, adı AZ-ilə başlayan fayllar, *.* Цbütün fayllar. COPY *.* A: əmri ilə, cari kataloqun bütün faylнlarının A: diskinin cari kataloqunda surəti alınır. DEL *.BAK əmri isə cari kataloqdan .BAK genişнlənməli bütün faylları silir.

f aylın adında (genişlənməsində) sual işarəsi onu göstərir ki, bu mövqedə ixtiyari (yalnız bir) mümkün simvol ola bilər. faylın adında (genişlənməsində) bir neçə sual işarəsi ola bilər. Məsələn, PROG?.EXE Ц faylın PROG ilə başlayan adının beşinci mövqesi istənilən simvol ola bilər. ( PROG1.EXE, PROG2.EXE, PROGA.EXE, PROGD.EXE və s.). DIR A*.? əmri, cari kataloqun, adları A ilə başlayan, genişlənmələri isə bir simvoldan artıq olmayan fayl siyahısını göstərir.

Qlobal simvollardan faylların axtarışında, yerdəнyişнməнsində, köçürülməsində və silinməsində çox geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, fayların ad və genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur. Yəni adna.txt və adna.txt eyni faylı işarə edir.

Qeyd etmək lazımdır ki, DOS əməliyyat sistemində DOS qurğularını işarə etmək üçün adlardan istifadə oluнnur ki, faylları adlandırarkən bunlardan istifadə etmək olmaz. Bu adlardan DOS-un əmrlərində informasiyanın komнpüterin qurğuları ilə giriş və çıxışını təşkil etнmək üçün istifadə olunur. Məsələn, PRN adı printeri gösнtəнrir, buna görə də DOS-un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır. DOS qurğu н larının adları aşağıdıkılardır :
PRN

Ч

printer ;
LPT1 ∻ LPT4

Ч

1-4 paralel portları;
COM 1 ∻ COM 4

Ч

1-4 ardıcıl portları;
AUX

Ч

1 ardıcıl portuna birləşdirilən qurнğu;
CON

Ч

giriş üçün-klaviatura, çıxış üçün- ekran;
NUL

Ч

"boş" qurğu. Bütün giriş-çıxış əməнliyнyatları bu qurğuda nəzərə alınmayıb.

Burada "paralel" və" ardıcıl" terminləri informasiyanın ötürülmə üsuludur.

Bu adlara hər hansı genişlənmə əlavə etdikdə də DOS bunu yenə də qurğulara müraciət kimi başa düşür. Məsələn, CON . TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir. Ona görə də CON . TXT -dən disk faylının adı kimi istifadə etmək olmaz. Amma faylların adlarının genişнlənнməsində . PRN , . AUX , . CON və . NUL -dan istifadə etmək olar. Məsələn, ALFA.PRN faylından istifadə etmək olar.

Faylın atributları. Faylın aşağıdakı atributları mövcuddur:

R (Read-only)Ц"yalnız oxunan". Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil.

H (Hidden) Ц"gizli fayl".

S (System) Ц"sistem fayl". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur.

A (Archive) Ц"arxivləşdirilməmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında tə'yin olunur.

Disk aparıcısının adı . Kompüterdə adətən bir neçə -sərt disk, disket, kompakt disk və s. üçün disk aparıcısı mövcuddur. Bu disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından istifadə olunur. disk aparıcıları A:, B:, C:, D: və s. kimi adlandırılır. Adətən A:, B:, C:, D: disk aparıcılarının yox, məntiqi disklərin adıdır. Həqiqətən sərt diski (vinçestr) 2 və daha çox disklərə bolməklə sərt diskdə bir neçə məntiqi disk yaratmaq olar.

MS-DOS-da DİSKİN STRUKTURU

Bir çox hesablama sistemlərində olan xarici yaddaş informasiyanın maqnit lentinə, əyilgən və sərt maqnit diskinə yığılması üçün istifadə olunur. Bu xarici yaddaş qurğuları tip və ölçülərindən asılı olmayaraq informasiyanın maqnitlənmiş səthində uzun müddətli saxlanılması prinsipindən istifadə edir.

Burada proqramçı üçün maraq doğuran əsas məsələlərdən biri informasiyanın diskнdə necə yerləşməsi, ora yazılması və oradan oxunmasıdır. Bunların öyrənilməsi üçün diskin struktur təşkilinə baxaq.

DİSKİN FİZİKİ VƏ MƏNTİQİ STRUKTURU

Diskin ölçüsü disk aparıcısı və xüsusən əməliyyat sistemindən asılıdır. Amma diskin struktur və mahiyyəti həmişə eynidir. İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fizikiməntiqi. Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını tə"yin edir. Bu fiziki və ya aşağı səviyyəli formatlaşdırma (physical formatting, low-level formatting) adlanır. Bu prosedura sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını tə"yin edərək onları nömrələyir.

Verilənlər diskin maqnit örtüyünə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır öz növbəsində bir neçə sektordan ibarət olur (şək.2).

Diskin bir üzündəki informasiyanın miqdarı cığırların sayından (bu sıxlıq adlanır) və bir cığırdakı sektorların ümumi ölçüнsünнdən asılıdır. Sıxlıq diskdən asılı olaraq dəyişir. Sektor disk kontrolleri vasitəsilə oxunan və ya yazıla bilən minimal həcmli veriləndir.

Fiziki formatlaşdırmadan sonra diskin MS-DOS -ilə işləməsi üçün olduqca çoxlu xüsusi verilənlər yazılmalıdır. Amma sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə bölünməsi prosedurası işə başlayır.

Vinçesterin məntiqi bölmələrə bölünməsi MS-DOS-un F disk (Fixed Disk) proqramı ilə həyata keçirilir. F disk proqramının köməyi ilə vinçesteri C:, D: , E: və s. kimi məntiqi disklərə bölmək mümkündür. Fdisk-in alternativ proqramı PowerQuest firmasının Patition Magic proqramıdır. Bu proqram Fdisk-in bütün funksiyalarını yerinə yetirməklə bərabər əlavə imkanlara da malikdir. Patition Magic proqramı Fdisk-dən fərqli olaraq diskdəki verilənləri korlamadan məntiqi diskin ölçüsünü dəyişir və verilənləri FAT16-dan FAT32-yə və əksinə konversiya edir.

Vinçester məntiqi disklərə bölündükcən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksək səviyyəli formatнlaşdırma adlanır. yüksək səviyyəli formatlaşdırma FORMAT.COM proqramı vasitəsi ilə həyata keçirilir. Bu proqнram haqqında geniş mə"lumat metodik vəsaitin 9.1. bölməsində verilib.


 

Şəkil 2. Diskin fiziki strukturu

DİSKİN FAYL STRUKTURU

Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını gösнtərməlidir. ƏS əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı mə"lumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.

Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən-FAT (File Allocation Table), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskin fayl strukturunun elementlərini təşkil edir. verilənlərin yerləşmə strukturu şəkil 3.-də göstərilib.

Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurasını yerinə yetirən qısa proqram yerləşir.

ms -DOS-un 6.0 versiyasından başlayaraq diskdə sıxılmış CVF (Compressed Volume File) tomunun verilənlərinin sıxılması proqramı olan DoubleSpace faylı yerləşir. Sistemdə belə fayllar makнsiнmum 255 ola bilər.

 

Başlanğıc sektor (yükləyici yazı)

FAT

Baş kataloq

Fayllar, kataloqlar, boş sahə

CVF

Şəkil 3. Diskin fayl strukturunun elementləri

FAYLLARIN YERLƏŞMƏ CƏDVƏLİ

Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yə"ni yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası diskin paylanmasına fasiləsiz nəzarət olunmalıdır. ms -DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin (FAT - File Allocation Table) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur. Faylın silinməsində FAT-ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə etmək mümkündür.

Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. Çatışmayan cəhəti isə ondadır ki, faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Fraqнmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur.

Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur.Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir.

Klasterin ölçüsü, yə"ni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən tə"yin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın ölçüsünün kiçilməsinə və sür"ətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər disk sahəsindən qeyri-effektiv istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diskin bir neçə məntiqi disklərə bölmək ilə həyata keçirmək olar.

Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. Aşağıdakı cədvəldə MS-DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən istifadə edərkən müxtəlif ölçülü disk sahələri üçün klasterlərin ölçüsü göstərilib.

Cədvəl 1.

FAT 16

Klasterin ölçüsü Məntiqi diskin ölçüsü

ƏS-nin tipi

2 Kbayt 0Ц128 Mbayt  

MS - DOS

Windows

4 Kbayt 128Ц256 Mbayt
8 Kbayt 256Ц512 Mbayt
16 Kbayt 512Ц1 Qbayt
32 Kbayt 1Ц2 Qbayt

FAT 32

0,5 Kbayt 0Ц260 Mbayt  

 

Windows

4 Kbayt 260 Mbayt Ц8 Qbayt
8 Kbayt 8Ц16 Qbayt
16 Kbayt 16Ц32 Qbayt
32 Kbayt 32 Qbayt Ц2 Tbayt

 

Etibarlığı təmin etmək üçün yükləyici yazıdan sonra bir-birinin ardınca FAT -ın iki surəti yerləşir. Amma MS - DOS FAT -ın ikinci surətindən istifadə etmir. Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 ola bilər.

FAT -da faylların yerləşməsi, diskdəki boş sahələr, xarab bloklar və diskin formatının kodu haqнqınнda mə"lumatlar yerləşir. FAT-ın birinci iki elementinin birinci baytında diskin formatının kodu, digər 2 və ya 3 baytda isə FFh yerləşir. Disklərin formatlarını işarə etmək üçün aşağıdakı kodlardan istifadə olunur.

F0h ЦDS (Double Sided -ikitərfli)/HD(High Density-yüksək sıxlıqlı)-3.5 düym 18 sektorlu disket;

F8h Ц sərt disk;

F9h ЦDS/QD (Quadraple Density-dördqat sıxlıqlı)-5.25 və ya 3.5 düym, 9 sektorlu disketlər

Diskin hər bir klasterinə FAT-ın eyni nömrəli elementi uyğundur. FAT-ın sıfır və birinci elementləri diskin formatının kodu üçün istifadə edildiyindən cədvəl elementlərinin nömrəнlənməsi 2-dən başlayır. Rahatlıq üçün klasterlərin də nömrəнlənməsi 2-dən başlayır.

FAT12-nın hər bir elementinin kodu 3, FAT16-nınkı isə 4 onaltılıq rəqəmdən təşkil olunur. Beləliklə, aşağıdakı kodlardan istifadə olunur:

(0)000h Ц klaster boşdur;

(0)003hЦ(F)FEFhЦfaylın növbəti klasterinin nömrəsi;

(F)FF7hЦzədəli klaster;

(F)FF0hЦ(F)FF9hЦehtiyat klasterlər.

Şəkildən göründüyü kimi kataloqda pr1.txt faylının birinci klasterinin nömrəsi yerləşir. Bu nömrə eyni zamanda FAT-a giriş noqtəni tə"yin edir. Burada yerləşən FAT-ın elementi eyni zamanda faylın növbəti klasterini və FAT-ın növbəti elementini gösнtərir. Bu, cədvəl elementində faylın sonunu göstərən işarə olana kimi davam edir.

Qeyd edək ki, FAT fayl sistemi MS-DOS və Windows 9x ƏS-də istifadə olunur. Windows NT və Windows 2000 ƏS-də isə NTFS (NT File System) - NT fayl sistemindən, UNIX əməliyyat sistemində isə onun versiyasından asılı olaraq bir neçə fayl sistemнlərindən istifadə olunur. Daha bir HPFS fayl sistemi mövcuddur ki, bu da FAT-ı OS/2 və Windows NT ilə əvəz etmək üçün nəzərdə tutulmuşdur.

KataloqLAR

Kataloq digər fayllar haqqında informasiyaннnı özündə saxlayan xüsusi fayldır. Kataloq həmçinin direktoriya da ( ingiliscə directory-arayış, göstərici) adlanır. Faylların adı diskdə kataloqlarda (və ya direktoriya) qeyd olunur. Windows ƏS-də kataloqlar qovluq adlanır. Kataloq faylların tam adı, ölçüsü, yaradılma və ya sonuncu düzəliş vaxt və tarixi, atributu və s. mə'lumatlardan ibarət olur. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir. kataloqun adına olan təlabat fayllarda olduğu kimidir, amma burada genişlənmədən istifadə olunmur.

Hər bir diskdə bir baş kataloq olur. Bu kataloqda fayl və altkataloqlar qeyd olunur. Diskdə kataloqlar ağacvari iyerarxik struktura malikdirlər. İstifadəçi işləyən kataloq cari kataloq adlanır. Yeni formatlaşmış diskdə sadəcə bir kataloq olur ki, bu da baş kataloq (root direktoru) adlanır və proqram vasitəsi ilə silinə bilməz. Baş kataloq \ (əks sleş) simvolu ilə işarə olunur.

Baş kataloqun bir elementi disk nişanı üçün ayrılır. Hər bir kataloqda onun ana kataloqunun elementi olur. Bundan başqa baş kataloqdan başqa hər bir kataloqda "." və ".." xüsusi adlar üçün bir element yerləşir. Bu elementlər uyğun olaraq kataloqun özü və onun ana kataloqu üçün FAT-dakı zəncirin başlanğıcını göstərir. Kataloqların bu cür sistemlə təsviri ana kataloqdan keçən fayl yolunun qısa yazılışını tə"min edir. Kataloqda fayllara aid olan klasterlərin yerləşməsi haqqında informasiya yoxdur. Bildiyimiz kimi bu informasiya FAT-da yerləşir.

Kataloq cədvəl şəklindədir və hər bir fayla 32 bayt uzunluqнlu bir yazı uyğundur. Səkkiz sahədən ibarət olan bu yazının strukturu aşağıdakı cədvəldə təsvir olunub.

Cədvəl 2.

Sahə

Ölçü (bayt)

Sahənin təsviri

1

8

Fayl, kataloq və ya tomun adı

2

3

Fayl genişlənməsinin adı

3

1

Atributlar

4

10

Ehtiyat sahə

5

2

Faylın dəyişmə vaxtı

6

2

Faylın dəyişmə tarixi

7

2

Faylın birinci klasterinin nömrəsi

8

4

Faylın ölçüsü

 

Birinci sahə. Faylın adı 8 simvoldan az olarsa onda sağdan boşluqlarla tamamlanır. Faylın adında boşluq ola bilməz. MS - DOS -un COPY və DEL kimi əmrləri bu cür adlarla işləyə bilmir.

Sahənin birinci baytında 00 kodu olarsa, MS - DOS bu koda rast gələn kimi kataloqa baxışı sona çatdırır. Əgər fayl silinərsə birinci bayta E5 kodu yazılır və elementin digər baytları isə dəyişməz qalır. Bu fayla aid bütün klasterlər isə FAT-da boş kimi qeyd olunur. Faylın ölçüsü, başlanğıc sektoru və adın bir hissəsi haqqında informasiya kataloqda qalır. Buna görə də bu kataloq elementi digər fayl üçün istifadə olunmayıbsa silinmiş fayl bərpa olunur.

Adın birinci baytında 2E kodunun ("." simvolu) olması altkataloqu, ikinci baytda 2E kodunun olması isə ana kataloqu təsvir edir.

İkinci sahə. Faylın genişlənməsini təsvir edən bu sahədə heç olmazsa bir boşluq olmalıdır. Əgər kataloqda disk tomunun yazısı varsa onda faylın ad və genişlənmə sahələri birlikdə 11 bayt uzunluqlu bir sahə kimi götürülür.

Üçüncü sahə. Bu sahənin hər bir biti aşağıdakı cədvəldə gösнtərilən atributu tə"yin edir.

Cədvəl 3.
B itin ╣-si

A tributun vəzifəsi

0

Yalnız oxumaq üçün

1

Gizli

2

Sistem

3

Tom nişanı

4

Altkataloq

5

Arxiv

6

İstifadə olunmur

7

İstifadə olunmur

D ördüncü sahə. Bu 10 baytlı sahə gələcəkdə istifadə olunmaq üçün nəzərdə tutulub və 00 qiymətindən ibarətdir.

Beşinci sahə. Bu sahənin qiyməti faylın yaradılma və ya sonuncu dəyiştklik vaxtını göstərir. Buradakı qiymət işarəsiz tam ədəd olmaqla aşağıdakı düsturla hesablanır:

Vaxt=saat x 2048 + dəqiqə x 32 + saniyə/2

Bu d ü stur ə sas ı nda al ı nm ış qiym ə ti 2048-ə b ö l ü nm ə sind ə n al ı nan qism ə t saat ı g ö st ə rir . Al ı nm ış qal ığı 32- y ə b ö lm ə kl ə d ə qiq ə, sonrak ı qal ığı 2- y ə vurmaqla is ə saniy ə tap ı l ı r . Məsələn, 11:32:10 vaxtı 23557 kimi yazılır.

Altıncı sahə. Faylın yaradılma və ya sonuncu dəyişilmə tarixi üçün nəzərdə tutulan bu sahənin qiyməti aşağıdakı düsturla hesablanır:

Tarix=(il-1980) x 512 + Ay x 32 + Gün

Bu sxem üzrə təqvim 2108-ci ilə kimi hesablanması mümkün olmasına baxmayaraq maksimal il 2099-a bərabərdir.

Yeddinci sahə. Bu sahəeyni zamanda verilənlər sahəsində faylın birinci klasteri və FAT-dakı zəngirin birinci elementi üçün nəzərdə tutulub. Diskdə yer ayrılmayan fayl üçün və tom nişanı üçün sahənin qiyməti 0000h-dır.

Səkkizinci sahə. Kataloq yazısının sonuncu sahəsi faylın ölçüsü üçündür. 4 baytlı işarəsiz tam ədədlə təsvir edilən bu ədəd faylın ölçüsünü çox böyük götürməyə imkan verir.

 

Сайт управляется системой uCoz