Mühazirə İİİ

 MS-DOS-da dialoq rejimi

Əməliyyat sistemi, kompüterin işə salınmasından sonra avtomatik olaraq onun yaddaşına yüklənən və bütün iş boyu yaddaşda qalan proqramdır. MS-DOS faktiki olaraq aşağıdakı məsələləri həll edir - kompüterin aparat giriş-çıxış baza sistemini BIOS-un xüsusi proqramları ilə tamamlayır, tətbiqi proqнramнlaнrın icrası üçün mühit, istifadəçiyə isə əmrlər (əmrlər prosessoru) vasitəsi ilə sistemlə dialoqu təТmin edən mühit - təqdim edir.

İstifadəçinin iştirakı olmadan, kompüterin MS-DOS-u yükləнməsi üçün, yükləyici və ya sistem diskinin (booнtable disk, system disk) olması vacibdir. Yükləyici ya 1 nömrəli disk aparıcısında olan disketdə (MS-DOS sistemində A:), ya da sərt diskdə (adətən S: ) olmalıdır. Aparatın işə salınmasından və avtoyoxlama prosedurasının qurtarнmaнsınнdan sonra kompüter A: disk aparıcısında disketin olub-olmaнdıннğıнnı yoxlayır. Əgər A: disk aparıcısında disket yükləyici (sistem) disk deyildirsə, onda kompüterin işi dayanır və disketi dəyişmək istəyi ilə, səhv haqqında aşağıdakı məТlumatı verir:

Non-system disk or disk error.

(Sistem disk deyil və ya diskdə səhv var.)

Replace and strike any key when ready.

(Diski dəyişin və düyməni basın).

Əgər A: disk aparıcısında disket yoxdursa, yükləmə sərt diskнdən davam edir.

Sərt və ya floppi-diskdən əməliyyat sistemini yükləmək üçün, disk sistem diskinə uyğun surətdə hazırlanmalıdır. Sistem diskinin hazırlanması, onun xüsusi formatlanmasından ibaнrətdir. Bunun üçün diskin əvvəlinə xüsusi qısa bir proqram (yükнləyici proqram) yazılır. Qurğuların yoxlanılması proнseнdurasından sonra kompüter idarəni bu proqrama verir. Bu proqram diskin fayl sahəsi xaricində yerləşir və adı yoxdur.

Yükləyici proqram, diskin sistem diski olub-olнmaнdıнğıнnı yoxlayır və əgər belədirsə, onda idarə MS-DOS nüvəsinin yüklənməsi üçün IO.SYS faylında yerləşən BIOS moнduнluna verilir. BIOS moнduнlu isə əməliyyat sisteminin MSDOS.SYS nüvəsini çağırır (PC-DOS əməliyyat sistemində, analoji faylнlar IBMBIO.COM və IBMDOS.COM adlanır), sonra isə əmrlər prosessoru yüklənir. MS-DOS əməliyyat sisteminin standart əmrlər proнsessoru SOMMAND.COM faylında yerləşir. Əmrнlər prosessorunun yüklənməsindən sonra, əsasən ekranda S:\ > - görünür, bu da DOS-un əmrləri qəbul etməyə hazır olması deməkdir.

MS-DOS-un istifadəçi ilə dialoqu onun də'vətinə cavab olaraq, simvollar sətrindən ibarət daxil etdiyi əmr formasında həyata keçirilir. İstifadəçinin hər bir əmri MS-DOS-un bu və ya digər əməliyyatı yerinə yetirməsini göstərir. Məsələn, faylı çap etmək və ya kataloqların adlarını ekrana çıxartmaq.

MS-DOS-un əmrləri çağırılan proqramlardan və ya əmrlərin adlarından, həmçinin bir-birilə boşluqla ayrılmış parametrlərdən ibarət ola bilər. Hər bir əmrin daxil olunması Enter düyнməнsiнnin basılması ilə qurtarır. Əmr və ya proqramların adları böyük və ya kiçik latın hərfləri ilə yazıla bilər.

Proqram və ya əmr haqнqınнda qısa arayış almaq üçün bu əmri (proqramın adını) /? -parametrləri ilə daxil etmək lazımdır. Məsələn: SYS proqramı haqqında arayış almaq üçün SYS /? əmrini daxil etmək lazımdır.

MS-DOS-un dəvəti. MS-DOS istifadəçi ilə dialoqa hazır olduğu zaman ekrana A:\ > və ya S:\ > kimi də'vət çıxır. Bu onu göstərir ki, MS-DOS əmrlərin qəbuluna hazırdır. İstifadəçi DOS ilə deyil, hər hansı bir proqram ilə dialoq aparırsa, bu zaman DOS-un də'vəti yox olur. Belə ki, istifadəçinin proqнramнların çoxu ilə ünsiyyəti əmrlərin köməyi ilə deyil, menнyunun, sorğuların köməyi ilə, müəyyən düymələrin komнbiнnaнsiнyaнsı ilə və s. həyata keçirilir. DOS-un də'vəti bir qayda olaraq, çari disk aparıcısı və cari kataloq haqqında informasiyanı saxlayır.

DOS-un də'vətinin formasını dəyişmək üçün Prompt əmrindən istifadə olunur ki, bu da autoexec.bat faylında qeyd olunur. Əmrin formatı aşağıdakı kimidir:

Prompt (mətn)

Əgər Prompt əmri parametrsiz verilibsə onda cari disk aparıcısı və ">" simvolundan ibarət informasiya görünür.

Prompt əmrində göstərilən mətn aşağıdakı simvolların birləşməsindən təşkil oluna bilər:

$p Ч cari disk aparıcısı və kataloq;

$n Ч cari disk aparıcısı;

$d Ч cari tarix;

$t Ч cari vaxt;

$v Ч DOS-un versiyası;

$_ Ч yeni sətrə keçid;

$s Ч boşluq;

$h Ч əvvəlki simvolun silinməsi;

$e Ч kodu 27 (ESC) olan simvol;

$g Ч ">" simvolu;

$! Ч "<" simvolu;

$b Ч "!" simvolu;

$$ Ч "$" simvolu;

Misallar:

prompt $p$g - MS-DOS-un dəvəti cari disk aparıcısı, kataloq və ">" simvolundan ibarət informasiya şəklində olur, məsələn C:\AZDNA\DOC

Əmrlərin daxil olunması . Əmrlər klaviaturadan yığılaraq və Enter düyməsini basmaqla daxil olunur. Daxil olunmuş əmri redaktə etmək üçün aşağıdakı düymələrdən istifadə olunur:

Backspase - əvvəlki simvolun silinməsi;

F3 - əmrlər sətrinə əvvəlki əmrin çağırılması;

Del - cari simvolun silinməsi;

Ins - yerləşdirmə rejiminin daxil edilməsi və kənar edilməsi;

Esc - bütün əmrlər sətrinin təmizlənməsi.

Əmrin işə salınması və yerinə yetirilməsi . İstifadəçi tərəfindən daxil olunan istənilən əmr ya DOS-un daxili əmrlərinin, ya da hər hansı bir proqram və ya əmrlər faylının yerinə yetirilməsinə səbəb olur. MS-DOS-un daнxiнli əmrlərini SOMMAND.COM əmrlər prosessoru özü yerinə yetirir. İstifadəçi MS-DOS-un daxili əmrlər siнyaннhıнsıнnda olmayan əmr daxil etdikdə əmrlər prosessoru əmrнdə adı göstərilən proqramı axtarır. Axtarış aşağıda göstərilən fayllar arasında aparılır.

  • COM - proqram faylları;

  • EXE - proqram faylları (başqa formatda);

  • VAT - əmrlər faylı.

Axtarış yuxarıda göstərilən ardıcıllıq ilə aparılır. Əgər istifadəçi proqramın hansı kataloqda axtarışını göstərməyibsə, onda axtarış əvvəl cari kataloqda, sonra isə DOS -un Path əmri ilə verilmiş kataloqlarında aparıнlır. Əgər lazımi proqram bu kataloqlarda da tapılmırsa, onda ekrana aşağıdakı məТlumat çıxır:

Bad command or file name.

(Əmr və ya proqramın adı düz deyil)

Ekrana çıxışın dayandırılması .

Əgər MS-DOS əmri ekrana həddən artıq məТlumat verirsə, onda Ctrl+S düymələrinin kombinasiyasından istiнfadə etməklə məТlumatın verilməsini dayandırmaq olar. Ctrl+S düymələrinin kombinasiyasının təkrar basılması ilə məТlumatın verilməsi davam etdirilir. Başqa proqramlar üçün məТlumatın ekrana verilməsini Ctrl+Numlock düymələrinin kombinasiyasını basmaqla dayanнdırmaq olar. Davam etmək üçün istənilən düyməni basmaq olar.

Giriş-çıxışın yenidən istiqamətlənməsi. Bə'zi halнlarda MS-DOS-un əmr və ya proqramlarının ekrana xaric etdikləri verilənləri faylda yerləşdirmək, çapa xaric etmək və s. işi asanlaşdırır. MS-DOS-a daxil olan əmr və proqramlar üçün bunları giriş-çıxışın yenidən istiqamətlənməsi vasitələrinin köməyilə etmək mümkündür.

Giriş-çıxışın yenidən istiqamətlənməsi əmrlər sətrində aşağıdakı kimi verilir:

əmr > faylın adı Ч göstərilən əmrin çıxışa verdiyi mə'lumatнlar fayla göndərilir. Əgər fayl mövcuddursa, əvvəlki mə'lumatlar silinərək, yenisi ilə əvəz olunur;

əmr >> faylın adı Ч göstərilən əmrin çıxışa verdiyi mə'luнmatlar fayla göndərilir. Əgər fayl mövcuddursa, mə'lumatlar bu faylın sonuna əlavə olunur;

əmr < faylın adı Ч əmr və ya proqram giriş verilənlərini klaviaturadan deyil, fayldan oxuyur;

əmr ж əmrЧ birinci əmrin ekrana xaric etdiyi mə'lumatlar, ikinci əmr üçün giriş verilənləri olur.

Qeyd etmək lazımdır ki, faylın adında MS-DOS-un qurнğularının adından istifadə etmək olar. Məsələn-PRN, CON və s.

Misal:

dir>delta.doc Ч cari kataloq haqqındakı informasiyanıdelta.doc faylına xaric edir.

SİSTEMİN TƏYİNİ ÜÇÜN əmrlər

MS-DOS ilə iş müxtəlif proqramların - istifadəçinin tətbiqi proqramlarının, MS-DOS-un servis proqнramlarının, həmçinin əmrlər prosessorunda quraşdırılmış proqramların icrasından ibarətdir. Əmrləri vermək üçün, MS-DOS-u çağırdıqdan sonra, əmrin mətnini yazmaq və Enter düyməsini basmaq lazımdır.

MS-DOS-un bə'zi əmrləri ilə tanış olaq.

  • VER (version) əmri. Bu əmr Command.com-da quraşdırılmış və ekrana MS-DOS versiyasının nömrəsini çıxaran, proqramı icra edir.

S: \ > VER < Enter >

MS-DOS version 6.22.

S: \ >

Beləliklə, VER əmri ilə əmrlər prosessoru müvafiq altproqнramı çağırır. Bu altproqramın icrası sona çatdıqdan sonra, MS-DOS-un dəvəti yenə də aktivləşir. Qeyd edək ki, əmrlərin daxil edilməsində onların böyük və ya kiçik hərflər ilə yazılmasının MS-DOS üçün heç bir fərqi yoxdur.

  • DATE əmri. Bu özü ilə interaktiv qarşılıqlı təТsir tələb edən bir əmrdir. DATE əmri ekrana cari tarixin (kompüter üçün) xaric edilməsi, həmçinin yeni tarixin daxil edilməsi üçündür.

S: \ > DATE

Current date is Sun (Cari tarix) : 24.04.2000

Enter new date (Yeni tarixi daxil edin): (dd- mm-yy):

Gördüyünüz kimi DATE tarixin dəqiqləşdirilməsini təklif edir. Əgər doğrudan da bu gün aprelin 24-dürsə, onda Enter düyməsi basılır. Əgər tarix səhvdirsə, yeni tarix daxil edilir və DATE sistemin tarixini dəyişərək öz işini bitirir və MS-DOS-un də'vəti yenə aktivləşir.

MS-DOS bir çox əmrlərin parametrlərlə daxil edilməsinə imнkan verir ki, bu da istifadəçinin imkanlarını genişləndirir. Yə'ni DATE əmrini tarixi əvvəlcədən göstrəməklə, daxil etmək olar. məsələn:

C:\ > DATE 24-04-2000

ə mrin belə daxil edilməsinin sistemin tarixinə təТsirini parametrsiz DATE əmrini daxil etməklə yoxlamaq olar.

  • TIME əmri. Bu əmr DATE əmrinə tamamilə analoji olaraq işləyir. TIME əmri sistem vaxtına baxmaq və onu dəyişdirmək üçündür.

C: \ > TIME

Current time is (Cari vaxt) 10:20:56.45a

Enter new time (Yeni vaxtı daxil edin) :12:32

TIME əmrini də parametr ilə və ya parametrsiz daxil etmək mümkündür.

  • SET əmri. MS-DOS xüsusi yaddaş sahəsinə malikdir ki, bu da mühit (environment) adlanır. Mühitdə simvollardan ibarət sətirlər saxlanılır ki, bunlardan da proqramlarda istifadə olunur. Mühitdəki simvollar sətri aşağıdakı şəkildədir:

dəyişənin adı=qiymət

b urada dəyişənin adı boşluq və "=" simvollarından başqa bütün simvollardan təşkil olunmuş sətirlər, qiymət isə ixtiyari simvollar sətridir.

m ühit dəyişənini tə'yin etmək üçün SET əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir:

SET dəyişənin adı=qiymət

Dəyişənin adında böyük və kiçik hərflər eyni hesab olunur. SET daxili əmri dəyişən mühit yaratmağa, baxmağa və onu dəнyişməyə imkanı verir. Hər belə sətir mühitin dəyişəni (environment variable) adlanır.

m isallar:

set 81=n

set chif=c:\chi

Mühit dəyişəninin qiymətindən MS-DOS-un əmrlər faylında istifadə etmək olar. Əgər əmrlər faylında mühit dəyişəninin adı hər iki tərəfdən faiz (%) işarəsi ilə əhatə olunmuşsa, onda o bu dəyişənin qiyməti ilə əvəz olunur. Məsələn, set chif=c:\chi əmri daxil edildikdən sonra, əmrlər faylındakı %chif% sətri yerinə yetirilнdikdə c:\chi kimi interpretasiya olunur.

  • CLS əmri. MS-DOS əmrləri ilə tanışlığı bir sadə və lazımlı daxili əmrlə bitirək. Bu əmr parametrsiz daxil edilir (CLS-Clear Screen-ekranı təmizləmə).

MS-DOS Цda FAYLLARLA İŞLƏMƏK ÜÇÜN ƏMR VƏ PROQRAMLAR

MS-DOS Ц un əmrləri əmrin adından və bir-biri ilə boşluqlarla ayrılmış parametrlərdən ibarətdir. Əmrlərin adı və parametrləri kiçik və ya böyük latın hərfləri ilə yazıla bilər. MS-DOS Цun bir çox əmrlərində giriş və ya çıxış fayllarının adları dəqiq gösнtəнrilməlidir. Faylın ad və genişlənməsində dəyişən paramerli simнvollardan (*, ?) istifadə etmək olar.

COPY əmri.

Bu əmrdən faylların surətinin alınmasında və ya faylların birləşdirilməsində istifadə olunur. COPY əmrinin köməyi ilə aşağıdakı əməliyyatlar yerinə yetirilir :

  • faylların başqa disk və ya kataloqda surətinin alınması;

  • dəyişən parametrli simvollardan istifadə etməklə faylların surətinin alınması;

  • bir və ya bir neçə faylın qrup halında surətinin alınması;

  • hər bir fayl əvvəlkinin sonundan başlamaqla bir neçə faylın birləşdirilməsi (konkatenasiya);

  • faylın sistemin istənilən qurğusunda surətinin alınması.

Əmrin formatı aşağıdakı kimidir:

COPY [yol] faylın adı [+] [/[-]Y] [ /A] [ /B] [[yol] faylın adı][ /A][/B][/V]

Burada "+" simvolu bir və ya bir neçə faylın bir faylda birləşməsini göstərir. Əgər birləşdiriləcək fayl göstərilməzsə onda hər bir fayl birinci faylla birləşir.

Misallar:

copy *.lst + *.ref *.prn Чcari kataloqun genişlənməsi .lst olan fayllara, genişlənməsi .ref olan eyni adlı fayllar əlavə olunaraq, genişlənməsi .prn olan eyni adlı fayla yazılır. Məsələn, file1.lst faylı ilə file1.ref faylı birləşərək, nəticə file1.prn adlı fayla yazılır.

copy f1.dat + f2.dat ff.prn Чf1.datvə f2.datfayllarının konkatenasiyasının nəticəsi ff.prn faylında alınır.

copy *.txt test.prn Ч .txtgenişlənməli bütün fayllarının birləşməsi test.prn faylına yazılır.

COPY əmrində /Y-parametrindən istifadə etdikdə yazı sorğusuz yerinə yetirilir. Parametr /-Y şəklində olarsa, onda yazıdan əvvəl ekrana sorğu çıxır.

/A - faylın ASCII kodunda və ya mətn tipində olduğunu, /B-isə faylın ikilik və ya proqram faylı olduğunu göstərir. Bu parametrlərin ikisindən eyni vaxtda istifadə etmək olmaz. /V-parametri isə yazının düzgünlüyünü yoxlayır. Bu paraнmetrdən istifadə etdikdə MS-DOS hər bir yazını yoxladığından COPY əmrinin yerinə yetirilmə sür"əti zəifləyir.

Bu əmrin köməyi ilə kiçik həcmli mətn faylı yaradıb və sonra bu faylı ekrana və ya printerə xaric etmək mümkündür. Fayl yaratmaq üçün əmrin formatı aşağıdakı kimidir:

copy con faylın adı

Əmr daxil edildikdən sonra faylın sətirləri daxil edilir. Hər bir sətrin sonunda Enter basılır. Sonuncu sətir daxil edildikdən sonra F6 və ya Ctrl+ Z klavişləri, sonra isə Enter basılır. Əmr aşağıdakı mə'lumatı verir:

1 file(s) copied

(1 faylın surəti alındı)

Faylların surətinin alınmasında faylın yolu, yə"ni disk və kataloq göstərilməlidir. Əgər faylın yolu göstərilməzsə onda cari kataloq götürülür.

Misallar:

copy alfa.doc alfa.txt Чcari kataloqdakı alfa.doc faylın, cari kataloqda alfa.txt adlı surəti alınır.

copy a:\*.* d: Чa:diskinin əsas kataloqundakı bütün faylların d:diskinin cari kataloqunda surətləri alınır.

copy delta.txt prn Чcari kataloqdakı delta.txtfaylın printerdə surəti alınır. Əgər faylda 26 koduna (Ctrl+Z-faylın sonunu göstərən simvol) rast gəlinirsə surət alınma dayanır.

copy /b delta.prn prnЧdelta.prn faylın printerdə ikilik kodda surəti alınır.

Bir çox hallarda disketdəki faylların oxunmasını yoxlamaq lazım gəlir. Bu əməliyyatı copy əmrinin köməyi ilə nul qurğusundan istifadə etməklə mümkündür. Əmrin formatı:

copy /b faylın adı nul

Misal:

copy /b a:\*.* nul- a: diskin əsas kataloqundakı bütün faylların oxunulması yoxlanılır.

del ƏMRİ

Faylların silinməsində del əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir:

del faylın adı

MS-DOS 6.0 əməliyyat sistemindən başlayaraq hər bir faylın silinməsini təsdiq etmək lazım gəlir. Bunun üçün del əmrində /p rejimindən istifadə olunur. Bu halda hər bir faylın silinməsindən əvvəl ekrana bu faylın adı və "Delete (Y/N)?" sorğusu çıxır. Y klavişinin basılması ilə bu fayl silinir, N klavişinin basılması ilə isə silinmədən imtina edilir.

Atributu "yalnız oxumaq üçün" olan faylları silmək olmaz.

Misallar:

del mm2.txt Ч cari kataloqdakı mm2.txt adlı fayl silinir.

del a:*.bak Ч a: diskindəki genişlənməsi .bak olan bütün fayllar silinir.

ren (Rename) əmri

Faylların adının dəyişdirilməsi üçün ren (Rename) əmrindən istifadə olunur. Əmrin formatı:

ren faylın adı faylın yeni adı

Misallar:

ren les.apr info.dat Ч cari kataloqdakı les.apr faylının adı dəyişərək info.dat olur.

ren *.lst *.prn Ч cari kataloqdakı .lst genişlənməli fayllar, adları eyni qalmaqla genişlənməsi .prn olan fayllarla əvəz olunur.

ren b:abode ?d?s? Ч b : diskindəki abode faylının adı dəyişərək adose olur.

MOVE PROQRAMI

Faylları yerini digər kataloqa dəyişdirmək üçün move proqramından istifadə olunur. move proqramı həm də faylın adını dəyişir və formatı aşağıdakı kimidir:

move (/Y|/-Y) [faylın yolu] faylın adı [faylın yolu] faylın yeni adı

move proqramı faylı yeni adla göstərilmiş kataloqa yerini dəyişdirir. Əgər yeni ad yazılmazsa onda faylın əvvəlki adı ilə yeri dəyişdirilir. Ad dəyişmədən yer dəyişmədə *? simvollarından istifadə etmək olar. /Y parametri olması faylların yazılmasını heç bir sorğu olmadan, /-Y parametrinin olması isə faylların yazılmasını həmişə müəyyən sorğu ilə yerinə yetirir.

Misallar:

move *.doc d: - cari kataloqdakı .doc genişlənməli faylları D: diskinin cari kataloquna göndərir.

move /y *.doc HMP- cari kataloqun .doc genişlənməli faylları HMP altkataloqa göndərilir. Faylların yerləşdirilməsi (yazılması) sorğusuz yerinə yetirilir.

move prog_1.bak a:\ prog_1.doc - baş kataloqdakı prog_1.bak faylı adı prog_1.doc olmaqla A: disketinə göndərilir.

FIND PROQRAMI

Bu proqram göstərilən faylda verilmiş simvollar ardıcıllığının axtarışını həyata keçirir. Formatı aşağıdakı kimidir:

FIND [/V][/C][/N][/I] "sətir" faylın adı

/VЦekrana simvollar ardıcıllığı göstərilən bütün sətirlər xaric olunur;

/CЦekrana axtarılan simvollar ardıcıllığı olan sətrin nömrəsi xaric olunur;

/NЦekrana axtarılan simvollar ardıcıllığı olan hər sətrin nömrəsi xaric olunur;

/IЦaxtarışda registrlər fərqi nəzərə alınmır.

ATTRIB PROQRAMI

Attrib proqramı fayl və ya kataloqların atributlarını tə"yin edir və ya dəyişdirir. Proqramın yazılış formatı aşağıdakı kimidir:

ATTRIB [+A|-A][+H|-H][+R|-R][+S|-S] faylın adı [/S]

+A Ц Arxiv atributunun tə"yini;

-A Ц Arxiv atributunun ləğvi;

+H Ц Gizli atributunun tə"yini;

-H Ц Gizli atributunun ləğvi;

+R Ц "Yalnız oxumaq üçün" atributunun tə"yini;

-R Ц "Yalnız oxumaq üçün" atributunun ləğvi;

+S Ц Sistem atributunun tə"yini;

-S Ц Sistem atributunun ləğvi.

MS-DOS Цda Kataloqlarla İŞLƏMƏK ÜÇÜN

ƏMR VƏ PROQRAMLAR

Kataloqlarla işləmək üçün MS-DOS-da aşağıdakı əmrlər mövcuddur.

CD (Change Directory) ƏMRİ

Cari kataloqu dəyişdirmək üçün CD əmridən istifadə olunur. Əmrin formatı aşağıdakı kimidir:

CD ( disk aparıcısı:) yol

disk aparıcısı- A:, B:, C: və s. yazmaqla bu disk aparıcılarına keçid baş verir.

yol-kataloqun yoludur.

Misallar:

cd \windows Цwindows kataloquna keçid baş verir.

cd \ Ц cari diskin baş kataloquna keçid.

Qeyd etmək lazımdır ki, altkataloqdan bir səviyyə yuxarı altkataloqa keçmək üçün əmr aşağıdakı şəkildə yazılır:

cd ..

DIR əmri

Kataloqlara baxış üçün DIR əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir:

DIR [disk aparıcısı:][yol\][faylın adı][parametrlər]

Faylın adında *? simvollarından istifadə etmək olar. Əgər faylın adı yazılmasza, onda bütün kataloq haqqında, əks halda fayl və ya fayllar qrupu haqqındakı mə' lumatları xaric edir.DIR əmri susmaya görə (heç bir rejim verilmədikdə) hər bir faylın adı, genişlənməsi, baytlarla ölçüsünü, faylın yaradılma və ya sonuncu dəyişikliyinin tarix və vaxtı haqqında mə'lumatları verir.

Parametrlər çıxış mə'lumatlarının formatını dəyişmək üçün istifadə olunur. Bu parametrlər aşağıdakılardır:

/P Ч mə'lumatlar ekranboyu çıxır və fasilə alınır. Hər hansı düymənin basılması ilə növbəti səhifə görünür.

/W Ч mə'lumatların geniş formatda çıxışı. Bu halda hər bir sətirdə beş olmaqla, fayl və kataloqların yalnız adları (altkataloqların adları kvadrat mötərizədə olur) görünür.

/A:atributlar Ч faylların verilmiş atributlara görə xaric edilməsi. D-kataloq (qovluq), R-yalnız oxunan fayllar, H-gizli fayllar, S-sistem faylları, A-arxivləşmiş fayllar. "-" ön sözü yox qiymətini göstərir.

/O:çeşidlənmə Ч faylların çeşidlənmiş şəkildə xaric edilməsi. Burada çeşidlənmədə aşağıdakı parametrlərdən istifadə olunurr

N -ada görə;

S -ölçüyə görə;

E -genişlənməyə görə;

D -tarixə görə;

A -yüklənmə tarixinə görə;

G -siyahını qovluqdan başlamalı;

/S Чverilən kataloq və onun altkataloqlarının fayllar siyahısının xaric edilməsi;

/B Ч faylların yalnız adlarının xaric edilməsi;

/L Чaşağı registirdən istifadə;

/V Ч fayl və kataloqlar haqqında müfəssəl informaнsiнyaнnın əks olunması;

/4 Ч ilin dörd rəqəminin xaric edilməsi (əgər /V parametri göstərilməyibsə);

Misallar:

dir Цcari kataloqdakı fayl və altkataloqlar haqqındakı mə'lumatlar ekrana xaric olunur

dir *.doc - cari kataloqdakı .doc genişlənməsi olan fayllar haqqında mə'lumatlar xaric olunur.

dir /o/p - cari kataloqdakı fayl və altkataloqlar çeşidlənmiş şəkildə xaric olunur.

dir>prn - cari kataloqdakı fayl və altkataloqlar haqqındakı mə'lumatlar printerə xaric olunur

  • Kataloqun yaradılması və silinməsi əmrləri

  • Yeni kataloqu yaratmaq üçün MD (Make Directory) əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir:

  • MD ( disk aparıcısı:) yol

Misallar:

  • md alfa- cari kataloqda alfa altkataloqunun yaradılması.

  • md c:\adna- c: diskində adna kataloqunun yaradılması.

  • Boş kataloqu silmək üçün RD (Remove Directory) əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir.

  • RD ( disk aparıcısı:) yol

Misallar:

  • rd alfa- cari kataloqda alfa altkataloqunun silinməsi.

  • rd c:\adna- c: diskində adna kataloqunun silinməsi.

  • Qeyd etmək lazımdır ki, bu əmrlə yalnız daxili boş olan kataloqları silmək mümkündür. Ancaq bə'zi hallarda kataloqu daxilindəki fayl və altkataloqlarla birlikdə silmək lazım gəlir. Bu halda MSDOS-un 6.0 versiyasından başlayaraq DelTree proqramından istifadə olunur. Əmrin formatı:

  • DelTree fayl və ya kataloqun adı (/Y)

  • f ayl və ya kataloqun ad hissəsində * və ? simvolнlaнrından istifadə etmək olar, yə'ni bu o deməkdir ki, eyni vaxtda bir neçə altkataloqu silmək mümkündür. /Y parametrindən istifadə etdikdə silinmə sorğusuz yerinə yetirilir. Bu parametrdən istifadə etmədikdə isə hər bir kataloq və ya faylın silinməsində yaranan sorğu təsdiq edilməlidir.

  • Misallar:

  • deltree temp - cari kataloqda temp adlı altkataloq və ya faylın silinməsi;

  • deltree /y temp -bu əmrdə eyni əməliyyatı yerinə yetirir. Bu halda silmə sorğusuz icra olunur.

  • Kataloq adının dəyişdirilməsi.

  • Kataloq adının dəyişdirilməsi üçün MS-DOS 6.0-versiнyaнsınнdan başlayaraq Move proqramından istifadə olunur. Əmrin formatı:

  • move [disk aparıcısı:][yol\] kataloqun adı yeni kataloqun adı

Misallar:

move kitab infor- cari kataloqun kitabaltkataloquna infor yeni adı verilir.

move a:\temp tmp-a: diskindəki tempkataloqunun adı dəyişərək tmp olur.

MS-DOS- da disklərlə iş

Adətən diskə yazma səhvsiz icra edildiyindən onun düzgünlüyünün yoxlanılması yerinə yetirilmir. Amma, Verife əmrinin köməyilə yoxlama rejimini qoşmaq və dayandırmaq olar. Disketə vacib məТlumatın yazılmasında və УnasazФ disketlərə yazma zamanı bu rejimin qoşulması məqsədəuyğundur. Bir çox istifadəçilər daima bu rejimdə işləyirlər. Əmrin formatı:

verife on - diskin yazılması zamanı yoxlama rejiminin qoşulması;

verife off - diskin yazılması zamanı yoxlama rejiminin dayanнdırılması;

verife ïàðàìåòðñèç Ц yoxlama rejiminin qoşulması və ya dayanнdırılması haqqında məТlumatın verilməsi.

DiskLƏRİN formatlaşdırılması

Diskdən ilk dəfə istifadə etməmişdən əvvəl onun kompüterdə istifadə olunan proqramlarla işləməsi üçün hazırlamaq lazımdır. Bu proses inisiallaşdırma və ya formatlaşdırma adlanır. Disketi DOS-a daxil olan FORMAT proqramının köməyi ilə formatlaşdırmaq olar. Bundan əlavə FORMAT proqramından aşağıdakı məqsədlər üçün də istifadə edirlər:

  • MS-DOS əməliyyat sistemini yükləmək üçün disketin hazırlanması (УsistemФ disketi);

  • disketin yazılardan təmizlənməsi və onun bütün qüsurlu sahələrinin nişanlanması.

Əmrinformatı aşağıdakı kimidir:

FORMAT disk aparıcısı: [parametrlər]

Nümünə :

format a: Ч a: disketin formatlaşdırılması.

Disketi formatlaşdıran zaman aşağıdakı paraнmetrнləнrdən istifadə etmək olar:

/U Ч disketin şərtsiz formatlaşdırılması. Bu parametrin qeyd olunması ilə FORMAT proqramı disketin formatlaşdırılmış olduğunu yoxlamadan, formatlaşdırma prosesinə başlayır;

/Q Ч disketin nasaz sahələrinin varlığını nəzərə almadan tez təmizlənməsi. Bu rejim yaxşı vəziyyətdə olan və artıq formatlaşmış disketlər üçün tətbiq olunur.

/S Ч parametri УsistemФ disketinin hazırlanmasında istifadə olunur. Belə ki, diskin formatнlaşнdırнma prosesindən sonra ona COMMAND.COM faylının (MS-DOS-un əmrlər prosessoru), DOS-un sistem faylları olan IO.SYS və MSDOS.SYS (DOS -un versiyalarından asılı olaraq bu faylların adları dəyişə bilər), MS-DOS -un 6.0 və ondan yuxarı versiyalarında isə DRVSPACE.BIN və ya DBLSPACE.BIN drayverləri köçürülür.

Disketin tutumunun tə"yini. Susmaya görə disket disk aparıcısının imkan verdiyi maksimum standart tutuma uyğun formatlaşdırılır.

/F Ч parametrini qeyd etməklə disketi disk aparıcısının imkan verdiyi maksimum standart tutumdan fərqli formatнlaşнdıнrmaq olar.

Burada disketin tutumu aşağıdakılardır:

 

1440 və ya 1,44

¾

1,44 Mbayt

 

2880 və ya 2,88

¾

2,88 Mbayt

1200 və ya 1,2

¾

1,2 Mbayt

 

720

¾

720 Kbayt

360

¾

360 Kbayt

 

320

¾

320 Kbayt

180

¾

180 Kbayt

 

160

¾

160 Kbayt

Qeyd etmək lazımdır ki, bu parametrin köməyi ilə üç düym disketləri 1,44 Mbayt və 720 Kbayt həcmdə formatlaşdırmaq olar. Xüsusi disk aparıcısı olduqda isə üç düym disketlər 2,88 Mbayt həcmdə də formatlaşdırılır. Beş düym disketlər isə bu parametrin köməyi ilə isə 1,2Mbayt, 360, 320, 180 və 160 Kbayt həcmdə formatlaşdırılır.

/N:sn Ч formatlaşdırılacaq diskin cığırlarındakı sektorların sayı verilir. Məsələn, /N:9 disketin 720 Kbayta uyğun formatlaşdırılmasıdır.

/T:tn Ч formatlaşdırılacaq diskin bir tərəfindəki cığırların sayı verilir. Məsələn, /T:80 disketin 720 Kbayta uyğun formatlaşdırılmasıdır.

/ C Ч bütün sektorlar yoxlanılır.

/V Ч parametrinin köməyi ilə disketin nişanını vermək olar. Parametrin formatı belədir:

/V : nişan

Burada nişan boşluq və <ж> simvollarından başqa, uzunluğu 11 simvoldan çox olmayan simvollar yığımıdır. Boşluq işarəsi olan nişanı Label proqramının köməyilə yaratmaq olar. Əgər əmrdə /V parametri verilməyibsə, onda FORMAT proqramı formatнlaşнdıнrmanı qurtarmamışdan əvvəl disketin nişanını soruşur. Bir qayda olaraq bu sorğuya Enter düyməsini basmaqla çavab verilir ki, bu da disketdə boş nişan qeyd olunur.

MS DOS-a daxil olan Label proramının köməyilə də diskə nişan mənsub etmək olar. (uzunluğu 11 simvoldan çox olmayan). Nişanlar diskləri fərqləndirməyə kömək edə bilir. Bundan başqa, bir çox proqramlar müəyyən nişanlı disketlərin istifadəsini tələb edir. Əmrin formatı aşağıdakı kimidir:

Label disk aparıcısı:

Nümunə: Label a:

Diskin nişanını bilmək üçün vol əmrindən istifadə olunur və formatı aşağıdakı kimidir:

v ol disk aparıcısı:

 

Сайт управляется системой uCoz