Mühazirə İV

Windows ailəsinin əməliyyat sistemləri.

Windows ailəsinin ƏS Microsofr firması tərəfindən hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir. Bu ailənin əsas üzvləri Windows 95/98 (yə'ni Windows 95 və Windows 98) və Windows NT əməliyyat sistemləridir.

Windows 95/98 qismən 16 və 32-mərtəbəli əməliyyat sistemнləнridir.

Windows NT (Windows New Technology) əməliyyat sistemi çox geniş yayılmış 32-mərtəbəli şəbəkə ƏS-dir. Windows NT Цnin iki modifikasiyası mövcuddur: Windows NT Server Windows NT Work Station. Windows NT Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT Server informasiyanın sür'ətli axtarışının iəşkili və istiənilən əlaqə vasitəsindən istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasına və şəbəkə xidmətinə bir neçə serverin ümumi müraciət edilməsinə imkan verir.

Windows NT Work Station - Windows NT ƏS-nin versiyasıdır və lokal kompüterlərdə və işlək stansiyalarda işləmək üçün nəzərdə tutulub.

Bu sistem tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və e'tibarlıdır. Windows NT Цdəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir . Amma MS-DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT-də işləmir.

Windows NT Work StationЦdən böyük həcmli verilənlərə malik olan mühəndis, elmi, statistik məsələlərin yerinə yetirilməнsinнdə istifadə olunur.

Windows 2000 əməliyyat sistemləri ailəsi Windows NT texnologiyası əsasında yaradılıb və özündə olan çoxlu sayda təkmilləşdirmələrə və əlavələrə görə fərqlənir. Windows 2000 çoxməqsədli əməliyyat sistemi olmaqla birsəviyyəli (odnoranqovıx) və kliyent-serverli şəbəkəni dəstəkləyir.

Windows 2000 ailəsi dörd proqram məhsulundan təşkil olunub:

Microsoft Windows 2000 Professional - stolüstü kompüterlər üçün nəzərdə tutulan baza əs olmaqla biznesdə tətbiq olunur. Bu əməliyyat sisteminin bir neçə sadələşdirilmiş istifadəçi interfeysi mövcuddur. Əməliyyat sistemində Windows 98 və Windows NT Workstation əməliyyat sistemlərinin ən yaxşı keyнfiyyətlərini özündə birləşdirir. Bu əməliyyat sistemi 2 prosessoru dəstəkləyir.

Windows 2000 Professional Цın əsas imkanları aşağıdakılardır:

Windows 2000 Professional- etibarlı , yüksək keyfiyyətli, universal, çoxaxınlı olmaqla Internet istifadəçilərinin tələblərini nəzərə alan qrafiki istifadəçi interfeysi olan çoxməsələli 32 mərtəbəli əməliyyat sistemidir.

Windows 2000 Professional Windows NT4.0 Workstation ƏS Цnin yeni versiyasıdır. Bu ƏS-nə Windows 98-in ən yaxşı imkanları daxil edilib. Əs-nin bir neçə xarakteristikasını qeyd edək.

  • ƏS-nin işi stabildir və onun idarəsi rahatdır;

  • NTFS 5 fayl sistemi əvvəlkilərə nisbətən yüksək dərəcədə mühafizə olunub.

  • əməliyyat sisteminin yeni texnologiya və yeni aparat qurğuları ilə işi təmin olunub. Məsələn, universal ardıcıl şin (USB Universal Serial Bus), sürətli interfeys (IEEE1394), sürətləndirilmiş AGP (Accerated Graphics Port) qrafiki portu və s.

Microsoft Windows 2000 Server - dörd prosessora kimi və əməli yaddaşın həcmi 4 Qb kimi nəzərdə tutulan çoxməsələli şəbəkə Əs-dir . ƏS-nin tərkibinə daxil olan, çox saylı Internet və Web xidmətləri mürəkkəb Web-tətbiqi proqramlar yaratmağa imkan verir. Həmçinin buraya işçi qruplara səmərəli xidmət və server fayllardan, çapdan, Web-serverlərdən və kommunikasiya serverlərlərindən birlikdə istifadə üçün funksiyalar daxildir.

Microsoft Windows 2000 Advanced Server-səkkiz prosessora kimi işləyə bilən və ikitərəfli klasterizasiyaya malik server ƏS-dir. Bu ƏS klasterli sistemlər yaratmağa və böyük verilənlər bazasının quraşdırılmasının errektiv həllinə imkan verir. Ümumiyyətlə bu ƏS Web və biznes tətbiqi proqramları üçün nəzərdə tutulub. Intel Physical Address Extensions (PAEs) texnologiyasını nəzərə almaqla işlənmiş aparat vasitəsi fiziki yaddaş ölçüsündən çoxa ünvanlanmağa imkan verir.

Microsoft Windows 2000 DataCenter Server - yüksək etibarlılıq tələblərinə cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan və 16-dan 32 prosessora kimi nəzərdə tutulan ƏS-dir. Bu yeni və olduqca güclü funksional imkanları olan server ƏS-dir. Bu əməliyyat sistemi böyük müəssisələr üçün nəzərdə tutulub.

2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP (Windows experience ) adlandırıldı. Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP Professional və Windows XP Home versiyaları mövcuddur.

Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat sisteminin özündə CD-R və CD-RW disklərində yazmağı dəstəkləməsidir.

Windows XP-nin normal işi üçün 256 Mb əməli yaddaş, 800 MHs tezlikli prosessor və 2 Qb-a kimi disk sahəsinin olması vacibdr.

2003-cü ilin yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun da aşağıdakı dörd versiyası mövcuddur.

Windows Server 2003 Standart Edition Ц kiçik biznes müəssisələri və təşkilatın ayrı-ayrı bölmələri üçün nəzərdə tutulan şəbəkə əməliyyat sistemidir və aşağıdakı xassələrə malikdir:

  • fayl və printerlərdən birlikdə istifadəni dəstəkləyir.

  • İnternetə təhlükəsiz qoşulmanı təmin edir.

Windows Server 2003 Enterprise Edition Ц istənilən həcmli müəssisənin tələblərini ödəyən əməliyyat sistemidir. ƏS aşağıdakı xassələrə malikdir:

  • səkkiz prosessoru dəstəkləyən tam server əməliyyat sistemidir.

  • 32 Qb yaddaşı dəstəkləyir.

  • Intel Itanium prosessorunun bazasında kompüterlər üçündür.

  • 8 prosessor və 64 Qb əməli yaddaşı dəstəkləyən 64 mərtəbəli hesablama platforması üçün də mümkündür.

Windows Server 2003 Datacenter Edition Ц biznes tətbiqi proqramları üçün nəzərdə tutulub və aşağıdakı xassələrə malikdir:

  • 32-axınlı SMP () multiprosessorlu emalı və 64 Qb əməli yaddaşı dəstəkləyir.

  • 32 prosessor və 128 Qb əməli yaddaşı dəstəkləyən 64 mərtəbəli hesablama platforması üçün də mümkündür.

Windows Server 2003 Web Edition Ц bu Windows əməliyyat sisteminin yeni məhsulu olmaqla, veb-server istifadəsi üçün nəzərdə tutulub. Bu ƏS aşağıdakı xassələrə malikdir:

  • veb-tətbiqi proqramları, veb-səhifələr və XML veb-xidmətləri nəzərdə tutulub.

Windows XP. Yeni əməliyyat sistemi nə Windows Net 1.0 ad verilməli idi. Sonra isə yeni ad olan Windows XP (eXPerience) adı verildi. Windows XP-nin yaranması ilə "korporotiv" ƏS-ri yarandı. Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP Professional və ev üçün Windows XP Home versiyaları mövcuddur. Windows XP-nin normal işi üçün 256 MB-dan az olmayaran əməli yaddaş, tezliyi 800 Mhs-dən kiçik olmayan prosessor və 2 Qb disk sahəsi lazımdır.

2003-cü ildə isə əməliyyat sisteminin aşağıdakı versiyaları yarandı:

Windows Server 2003 Stendart Edition, Windows Server 2003 Enterprise Edition əməliyyat sistemləri Intel Itanium prosessoru, 8 prosessoru və 64 Qb əməli yaddaşı dəstəkləyir;

Windows Server 2003 Datacenter Edition 32 prosessor və 128 Qb əməli yaddaşı dəstəkləyir;

Windows Server 2003 Web Edition əməliyyat sistemi Windows əməliyyat sistemləri ailəsinin yeni məhsuludur və veb-serverin istifadəsi üçün nəzərdə tutulub. Bu əməliyyat sistemi veb-proqramlar, veb-səhifələr və xml veb xidmətində istifadə olunur.

Real vaxt əməliyyat sistemlərinin ailəsi. Real vaxt terminini geniş mə'nada, informasiya e'malı sistemlərində cavabın gecikməsin tə'yin olunmuş vaxtı aşmadıqda tətbiq etmək olar.

Real vaxt əməliyyat sistemlərində (RVƏS) müəyyən olunmuş vaxt ərzində sistemin reaksiyasına zəmanət verir.

RVƏS neft və qazın çıxarılması və nəqlinin avtomatlaşdırılmasında, metallurgiya və maşınнqayırmadakı texnoloji proseslərin, su təchizatının, energetikanın və robotların idarə olunmasında tətbiq oluнnur. RVƏS bank işində də tətbiq olunur. IBM PC Ц də ən çox RTMX, AMX, OS-S000, FLEX OS, QNX və s. RVƏS Ц dən istiнfadə olunur. Bu sistemlərdən özünün instrumental vasitələrinə görə sərfəlisi QNX RVƏS-dir. QNX əməliyyat sistemi 32-mərtəbəlidir. Odur ki, tətbiqi proqramlar çox səmərəli yerinə yetirilir.

Əməliyyat sistemlərinin inkişaf istiqamətləri. Əməliyyat sisнtemнlərinin inkişafı haqqında uzunmüddətli proqnoz vermək çətindir, ona görə ki, kompüter bazarı olduqca dinamikdir. Odur ki, yalnız əməliyyat sistemlərinin inkişafının mümkün istiqaнmətнləнrini tə'yin etmək olar.

Birinci istiqamət Ц əməliyyat sistemlərinin mürəkkəbləşнməsiнdir. Müasir ƏS (məsələn, Windows 95/98/2000 və ya OS/2 Warp) olduqca çox proqram və utilit külliyyətinə çevrilərək diskdə böyük yer tutur.

İkinci istiqamət Ц kompüterə müxtəlif obyektlərin ekranda təsvir üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü texnologiyanın əməliyyat sistemlərində tətbiqi.

Üçüncü istiqamət əməliyyat sistemləri və proqram tə'minatı həmişə kompüterin aparat hissəsinin arxitektur həllini əks etdirir. Burada əsas ideya 32-mərtəbəli mikroprosessorun imkanlarından tam mə'nada istifadə etmək və sonradan 64-mərətəbəli ƏS-nə keçməkdir.

1996-cı ildə SunSoft kompaniyası Internet Ц dən paylaşdırılan tətbiqi proqramlarla iş üçün 64-mərtəbəli Solaris- əməliyyat mühütü yaratdı. Santa Crus Operation kompaniyası isə SCO UNIX Ware 2.1 versiyasının yaradılması haqqında mə'lumat verdi. Bu UNIX ailəsindən yüksək sür'ətli, şəbəkələrlə və müxtəlif protokolнlarla işləmək imkanı olan 64-mərtəbəli ƏS-ə keçid idi.

Internet texnologiyasının sür'ətli inkişafı əməliyyat sistemнlərinin inkişafı tendensiyasını sür'ətlə dəyişdirir. ƏS-nin inkişaf istiqamətlərindən biri fərdi kompüterlərdən tutmuş super kompüнterlərə kimi bütün hesablama sistemlərində işləyə bilən ƏS-nin yaradılmasıdır.

Buna UNIX ailəsindən olan 64-mərtəbəli IRIX ƏS-ni misal göstərmək olar. Burada əməli yaddaş 16 Qbayt olmaqla, 1 Tbayt virtual yaddaşdan istifadə etmək olar. Bu əməliyyat sisteminə XFS fayl sistemi daxildir ki, bu da 9 milyon Tbayt ölçülü faylla işləyə bilir və bir kataloqda 64 milyon fayl saxlamağa imkan verir.

Windows 95 əməliyyat sisteminin xarakteristikası və arxitekturası.

 

Windows 95 32 mərtəbəli əməliyyat sistemi (ƏS) olmaqla, tətbiqi proqramların çoxməsələli və çoxaxınlı emalını təmin edir. ƏS rahat qrafiki istifadəçi interfeysini təmin edir, mühafizə rejmində, real rejmdə işləyir və şəbəkə imkanlarına malikdir. Windows 95 Ц də qurğuların öz-özünə quraşdırılması Plug and Play texnologiyası reallaşıb və faylların uzun adlarından istifadə etmək imkanı var.

Windows 95 aşağıdakılara görə xarakterizə olunur:

32 mərtəbəliliyi onu göstərir ki, 16 mərtəbəli ƏS Ц nə nəzərən burada 32 mərtəbəli verilənlər üzərində əməliyyatlar sürətli yerinə yetirilir. Windows 95 Ц in idarəsi ilə 16 mərtəbəli tətbiqi proqramlar da yerinə yetirilə bilər.

Çoxməsələlik eyni vaxtda bir neçə tətbiqi proqramın işləyə bilməsidir.

Çoxaxınlılıq eyni vaxtda bir neçə axının emalının təşkilidir. Məsələn, mətn prosessoru eyni vaxtda orfoqrafiyanın avtomatik yoxlanılmasını yerinə yetirmək və sənədin redaktəsidir.

Windows 95 Ц in istifadəçi interfeysi tətbiqi proqramların yüklənmə- sində və birindən digərinə keçiddə rahatlıbı təmin edir. İstifadəçi interfeysinin əsas kompanentləri işçi stol ( yarlıqları saxlayan) və məsələlər panelindən (tətbiqi proqramların yüklənmə və keçidini təmin edən) ibarətdir.

Plug and Play (qoş və işlə) texnologiyası istənilən qurğu üçün (monitor, videonlata, printer, səs kartı, modemlər, CD-ROM inteqralı, maqnit disklərin kontrolleri) yerinə yetirilir. Bu texnologiyadan istifadə edərkən aşağıdakı köməkçi funksiyalarla təmin olunur: qurğuların təyini və quraşdırılması, sistemin vəziyyətinin dinamiki dəyişikliyi, qurğuların drayverlərinin, sistem komponentlərinin və istifadəçi interfeysinin inteqrasiyası. Hər hansı qurğunun qoşulması ilə Windows 95 sərbəst olaraq istifadə olunan kəsilmə nömrəsini daxil etmə Ц xaric etmə portlarının ünvanını, yaddaşa bir başa müraciət kanalını təyin edir.

Windows 95 Ц də bəzi yeni terminlərdən istifadə olunur. Bunlar proqram əvəzinə tətbiqi proqram, kataloq əvəzinə isə qovluqdur.

Windows 95 Ц in arxitekturası aşağıdakı kimidir:

ƏS Ц nin burada təsvir edilmiş əsas komponentlərinə baxaq:

Virtual maşın sistemi Windows 95 Ц in bütün tətbiqi proqramların işini təmin edən və tətbiqi proqramlaşdırma interfeysini təmin edən alt sistem üçün əməliyyat mühitidir.

Win 32 tətbiqi proqramı Windows Ц un 32 mərtəbəli tətbiqi proqramıdır. 386 və yuxarı prosessorlu modellərdə istifadə olunur və tətbiqi proqramlaşdırma interfeysinin altçoxluğudur. Win 32 Ц nin öz ünvan sahəsi var və digər proqramların bu ünvana müraciəti mümkün deyil.

Örtük Windows 95 Ц in 32 mərtəbəli tətbiqi proqramıdır və istifadəçi ilə sistemin əlaqəsini təmin edir.

Win 16 tətbiqi proqramı Windows Ц un 3.11 Ц in 16 mərətəbəli proqramıdır və çoxməsələlik prinsipinə uyğun idarə olunmur.

APİ (Application Program İnterface Ц tətbiqi proqramlaşнdırma interfeysi) Ц səviyyəsində sistem servisinin alt sistemi APİ Windows 3.11 ilə uyuşanlığı təmin edir həm də 32 mərtəbəli tətbiqi proqramlaş- dırma interfeysini təmin edir.

Kernel - Windows Ц un moduludur, fayllarla işdə, yaddaşın idarə olunmasında aşağı səviyyəli funksiyaları təmin edir.

GDİ (Graphics Device İnterface) Ц Windows Ц un moduludur, displey, printerlər üçün rəng və şriftlərlə istifadə qarfiki funksiyaların reallaşmasını təmin edir.

User - Windows Ц un moduludur və rəncərənin dispeçeridir. Modul ekranda təsvir olunan pəncərə dialoq pəncərəsi, düymələr və istifadəçi interfeysinin digər elementlərinin yaradılması idarə olunmasında istifadə olunur.

MS DOS virtual maşını . MSDOS proqramlarının Windows Ц un idarəsi ilə yerinə yetirilməsini təmin edir istifadəçi bir neçə MS DOS virtual maşınını yükləyə bilər.

Baza sisteminə aşağıdakı bir neçə vacib alt sistem daxildir:

  • Faylların idarə edilməsinin alt sistemi müxtəlif fayl sistemləri ilə işi təmin edir. 32 mərtəbəli rejmdə işləyir və MS DOS qurğularının drayverindən istifadəyə imkan verir.

  • Şəbəkə alt sistemi Windows 95 Ц in fayl alt sisteminin köməyi ilə şəbəkə fayllarına müraciəti təmin edir.

  • ƏS Цnin servisi Ц qurğuları öz-özünə qoşan Plug and Play texnologiyasından və müxtəlif tətbiqi funksiyalardan (məsələn cari tarix və vaxtı verən) ibarətdir.

  • VM dispeçerinin alt sistemi Ц məsələlərin idarə olunması, yaddaşın idarə olunması, proqramın yüklənməsi və sona çatması ilə əlaqədar əməliyyatları reallaşdırır.

  • Qurğuların drayveri müxtəlif şəkildə ola bilər.

Windows 98 Ц in xarakteristikası.

Windows 98 Ц in əsas fərqli xüsusiyyətlərindən biri şəbəkə ilə işlə əlaqədardır. Windows 98 Ц dəki bu proqarmlar ƏS Ц nin tərkib hissəsidir.

Windows 98 Ц ə MSİE (Microsoft İnternet Explorer 4.0) brauzeri daxildir. İnternetə istənilən tətbiqi proqram pəncərəsindən müraciət etmək mümkündür.

İşçi stolda yerləşən kanal internet serverinə sürətli müraciəti təmin edir.

Sistemə WHS (Windows Scripting Host) komponenti əlavə edilib ki, bu da Java Script və VB Script dilində senarilərin yerinə yetirilməsini təmin edir.

Disklərə xidmət üçün xüsusi Disk Creanup utiliti daxil edilib ki, bu da sərt diskdən lazımsız faylların silinməsini həyata keçirir.

Windows 98 tamamı ilə Novell NDS (Netware Direstory Services) şəbəkələrinin kataloqlarına mərkəzi xidməti və böyük İBM və İBM AS/400 kompüterlərinə qoşulmaq imkanı verən DLC (Data Link Control) protokolunu təmin edir.

Həmçinin İnternet vasitəsi ilə PPTP (Point Ц to Ц Point Tunneltng Protocol) protokolundan istifadə etməklə uzaq məsəfəyə müraciəti təmin edir ki, bu da şəhərlər arası telefon əlaqəsindən imtinaya imkan verir.

Windows 2000 əməliyyat sisteminin arxitekturası.

Windows 2000 müxtəlif məsələləri birlikdə yerinə yetirən, asılı olmayan proqram kompanentlərindən təşkil olunmuş modullu sistemdir. Windows 2000 CISC () və RISC () prosessorlu kompüterlər üçün nəzərdə tutulub. Windows 2000 giriş/çıxış sorğular paketini (I/O request packets, IRP) və asinxron giriş/çıxış dəstəkləyir. Windows 2000 modul sistemi kimi yaradıldığından o ya istifadəçi (user) rejimi, ya da nüvə (kernel) obyektlərindən təşkil olunur.

Windows 2000 Ц nin istifadəçi rejiminin səviyyəsi (user mode layer) komponentlərdən təçşkil olunur ki, bu da daxili və xarici altsistem adlanır. Daxili altsistem (inteqral subsystems) ƏS-nin əsas funksiyalarını yerinə yetirir. Bunlardan bəziləri aşağıdakı cədvəldə göstərilib:

Daxili altsistem

Funksiyası

Təhlükəsizlik altsistemi

İstifadəçinin registrasiya sorğusunu qəbul edir və onun sistemə daxil olmasının düzgünlüyünü yoxlayır. Sistem resurslarının auditliyinə cavab verir.

İşçi stansiya xidməti

Kompüterin şəbəkədə işləməsinə imkan verir.

Server xidməti

Şəbəkədəki resurslara müraciətə xidmət edir.

Xarici altsistem (environment subsystems) Windows 2000 Ц nə müxtəlif ƏS-ri üçün olan tətbiqi proqramların yerinə yetirilməsinə və çığırılmasına imkan verir. Bu zaman tətbiqi proqramlar interfeysindən (API-application programming interfage) istifadə olunur. Windows 2000-nin xarici altsistem aşağıdakı cədvəldə təsvir olunub:

Xarici altsistem

Vəzifəsi

Win32

Win32 tətbiqi proqramları idarə edir və Win16, MS-DOS tətbiqi proqramların işi üçün mühiti təmin edir.

POSIX

POSIX Ц tətbiqi proramları üçün API interfeysini təqdim edir. POSIX Ц İEEE standartına uyğun olaraq, tətbiqi proqramların müxtəlif platformaya keçirilməsini zəmanət verir.

Nüvə rejiminin səviyyəsi (kernel mode layer) sistem verilənlərinə və aparat vasitələrinə müraciət edir. Nüvə rejiminin kompanentləri birbaşa yaddaşa müraciət edə bilər və mühafizə olunmuş ünvan sahəsində yerinə yetirilir. Bu rejimdə bütün aparatlara və proqram kəsilmələrə prioritet təyin olunur ki, belə ki, proqram kodunun bəzi hissələri kəsilmənin yüksək səviyyəsində yerinə yetirilir. Nüvə rejiminin komponentləri Executive (Windows-un icra olunan komponentləri), HAL (Hardware Abstraction Layer Ц qurğudan abstraklaşdırılmış təbəqə) səviyyəsi və nüvə rejiminin drayverləri. Rejimin 3 tip drayveri mövcuddur: yüksək, orta və aşağı səviyyəli. WDM (Windows Driver Model - Windows-un drayverlərinin modeli) orta səviyyəli drayverlərə aiddir.

Şriftlər və klaviatura haqqında.

Poliqarfiyada şriftlərlə işləyərkən aşağıdakı ölçü vahidlərindən istifadə olunur: dyüm, punkt, pitç, pika və interval. Horizontal üzrə dyüm və ya punkt, vertikal üzrə isə interval istifadə olunur.

  • dyüm Ц in və ya ilə işarə olunur. .

  • pitç Ц bir dyüm sahəyə düşən simvolların sayını göstərir və p ilə işarə olunur. Məsələn, p10, bir dyümə 10 simvolun düşdüyünü göstərir.

  • pika Ц 1 pika=4,2 mm.

  • punkt (point) Ц simvolun hündürlüyünə aidir və pt ilə işarə olunur. Bəzi hallarda eniniə də aid edilir. 1 pt = 1/72"=1/12pik=0,352mm. Adətən 12 punktlu simvolun hündürlüyü 1/6 dyümə bərabərdir və 1 dyümdə 6 sətir çap etmək mümkündür.

  • interval isə li ilə işarə olunur. 1 li = 1/6" = 12pt

Şriftin tipləri . Windows Ц də müxtəlif tip şriftlərdən istifadə olunur. Windows Ц a 3 tip şrift daxil edilib:

    • kontur (Outline fonts);

    • rastr (Raster fonts);

    • vektor (Vector fonts).

Kontur şriftlər düz xəttin və əyrinin bir hissəsindən təşkil olunur. Əyrilər riyazi düsutrlarla hesablanır 3 tip kontur şriftlər mövcuddur: True Type, Open Type və Type 1. (Adobe System. İnc kompaniyası).

True Type şriftləri ekranda göründüyü kimi çap olunur. Ölçüləri 4÷127 punkt arasında olmaqla, şriftin qarşısına simvolu qoyulur.

Windows-a aşağıdakı şriftlər daxildir: Arial, Courier, Symbol, Times New Roman və Wingdings.

Arial Ц sistem məlumatları üçündür.

Courier Ц yazı makinasının şriftlərinə oxşayır.

Times New Roman Ц mətbəələrdə istifadə olunur.

Open Type şriftləri True Type və Type 1 şriftləri əsasında yaradılıb. Bu şriftlərin qarşısına O işarəsi qoyulur. Windows-da Open Type aşağıdakı şriftləri var, Arial, Courier New, Symbol, Times New Roman, Lucida Console və Wingdings.

Rastr şriftləri . Rastr şriftləri nöqtələr massivindən təşkil olunur (bit Ц mapped font). Rastr şriftlərin simvolları ekranda və bütün tip printerlərdə istifadə olunur. Hər bir printerin özünün rastr şriftləri mövcuddur. Rastr şriftlərinin böyüdülməsində keyfiyyət aşağı düşür.

Windows-a beş rastr sistem şrifti daxildir: Courier, MS Sans Serif, MS Serif, Small və Symbol.

Vektor şriftləri. Vektor şriftləri simvolu təsvir edən riyazi tənliklər şəkilində yadda saxlanılır. Vektor şriftləri plotterlərdə istifadə olunur. Windows-da 3 vektor şrifti mövcuddur: Modern, Roman və Script.

Windows-da xüsusi simvolları yaratmaq mümkündür. Private Cnarter Editor (Liçnıx simvolov Ц Xüsusi simvollar) redaktoru sonradan istifadə üçün simvol və emblemləri yaratmağa imkan verir. Redaktoru yükləmək üçün Run Ц bəndində eudcedit daxil etmək lazımdır.

Klaviaturanın quraşdırılması. Müxtəlif dillərdə mətnləri daxil etmək üçün klaviaturanın düzülüşündən istifadə olunur. Klaviatura düzülüşü Control Panel Ц dən Keyboard (Klaviatura) seçilir. Burada İnput Locales Əzıki i raskladki vərəqindən yeni dilləri əlavə etmək və ya əvvəlkiləri silmək olar. Burada bir dildən digərinə keçmək üçün klaviş seçilir məsələn, Ctrl+Shift.

 

Сайт управляется системой uCoz