Comparatives-in testlərində ən yaxşı antivirus proqramı seçildi

Avstriyadakı AV-Comparatives beynəlxalq test mərkəzində edilən testlərdə Avira AntiVir “İlin ən yaxşı anti virus proqramı” seçildi.

Mərkəzdə edilən testlərdə antivirus proqramları özlərini isbat etməli oldular. Testlər əsnasında antivirus proqramlarının dərhal, səhvsiz işləməsi  və kompüterlərə ziyan verməməsi lazım idi. Testlər keçirilərkən proqram dayanarsa və ya yazı səhvləri olarsa o zaman həmin antivirus proqramı siyahıdan çıxardılır.Bütün bu testləri yaxşı bir balla tamamlayan Avira AntiVir “2008in ən yaxşı məhsulu” mükafatını aldı.

AV-Comparativesin başçı köməkçisi Peter Stelzhammer edilən testlər və Avira haqqında etdiyi şərhdə “Avira bütün qlobal antivirüs proqramları içində, il boyunca bütün testlərdə ən yaxşı nəticə göstərmişdir. Avira ayrıca səhv həyəcan sayını da salmağı bacarmışdır” dedi.

Mənbə:chip.com.tr
 



xeberler.az /Elvira

Сайт управлÑетÑÑ ÑиÑтемой uCoz