Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

 

  MTRŞ adıçəkilən radiolara verilən lisenziyanın müddətinin uzadılmamasını qərara aldı.
  Milli Televiziya və Radio Şurası (MTRŞ) bu günkü iclasında xarici radiostansiyaların Azərbaycan ərazisində milli tezlikdə yayımlanması məsələsi müzakirə edilib. Lent.az-ın məlumatına görə, iclasda Amerikanın səsi, BBC və Azadlıq radiolarına verilən lisenziyaların müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

  Beləliklə, MTRŞ-nın bu qərarından sonra 2009-cu il yanvarın 1-dən adı çəkilən radioların milli tezlikdə yayımlanması dayandırılacaq.

  Azasdlıq radiostansiyasının Bakı ofisinin rəhbəri Xədicə İsmayılova Lent.az- bildirib ki, radiostansiyasının qərara münasibəti gün ərzində radionun saytında yerləşdiriləcək. Bundan başqa, Amerika Yayım Şurasının MTRŞ-nın qərarına münasibəti də açıqlanacaq.

 

xeberler.az

 

 

 

Сайт управляется системой uCoz