Aztelekom internet xidmətlərinin tariflərini endirib

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, internetdən istifadəyə daha yaxşı şəraitin yaradılması məqsədilə ADSL avadanlıqları vasitəsilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi tərəfindən göstərilən internet xidmətlərinin yeni tarifləri təsdiq olunub.

01.01.2009-cu il tarixdən qüvvəyə minəcək yeni tariflərə əsasən, ötürülən 1024/ 1024 kbit/s tutuma görə aylıq istifadə haqqı 30 faiz aşağı salınaraq 350 manat təşkil edəcək.

AztelekomİB həmçinin İP-TV xidmətlərinin tariflərində də dəyişiklik edib. Belə ki, əgər bu xidmətə qoşulmaya görə 20 manat, 1 aylıq istifadəyə görə 9 manat xidmət haqqı müəyyən olunmuşdusa, yeni tariflərə əsasən, rayon TKQ-lərdə göstərilən İP-TV xidmətlərinə yeni ilə görə 5 manat qoşulma, 7 manat aylıq istifadə tarifləri tətbiq olunacaq.

Сайт управляется системой uCoz