İKT ən gəlirli sahəyə зevrilir

19:19 05-01-2009
 

 
 
 
 
2018-ci ildə informasiya-kommunikasiya texnologiyalarının gəlirlə neft gəlirlərinə bərabər ola bilər

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda iqtisadi artım tempi son 5 ildə 33-35 faiz təşkil edib. Qeyri-neft sektorunun ən gəlirli sahəsinə зevrilən bu sahənin iqtisadi potensialı isə təqribən 4,4 dəfə artıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hesablamalarına gцrə, 2000-ci illə mьqayisədə Azərbaycanda internet iqtisadiyyatı təqribən 20 dəfə genişləndirilib. İnternet istifadəзilərinin sayı isə 1,5 milyon nəfərə зatıb.

Nazirlikdən Lent.az-a bildiriblər ki, informasiya-kommunikasiya texnologiyaları sektoru hazırda tikinti sektorundan sonra qeyri-neft sahəsində ikinci ən iri vergi цdəyicisidir. Hesablamalara gцrə, yaxın 10 ildə neft gəlirlərini informasiya-kommunikasiya sektorundan gəlirlər əvəz edə bilər. 2008-ci ildə həmin sahədən əldə olunan gəlirlərin 1 milyard dollara зatması belə deməyə əsas verir. Proqnozlara gцrə, bu sahə indiki templə inkişaf etsə, 2016-cı ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun gəlirləri 16 milyard dollara зatacaq. 2018-ci ildə isə informasiya kommunikasiya sektorundan gəlirlərinin neft gəlirlərinə bərabər olacağı proqnozlaşdırılır.

Elxan SALAHOV
 

LENT.AZ

Сайт управляется системой uCoz