Əsrin oyunçusu 48 yaşını qeyd edir
Xazar.comDieqo Armando Maradona bu gün 48 yaşını qeyd edir.
30 okatyabr 1960-cı ildə Argentinanın Buenos Aires şəhərinin kənar məhəllələrindən biri olan Lanustda dünyaya göz açan və cənub bölgəsində yerləşən Villa Fioritoda böyüyən El Dieqo ləqəbli Dieqo Armando Maradona bu gün 48 yaşını qeyd edir.

2000-ci ildə braziliyalə əfsanəvi futbolçu Pele ilə birlikdə FİFA tərəfindən əsrin oyunçusu mükafatına layiq görülən El Dieqo kariyerası ərzində Boka Xuniors, Barselona və Napoli komandalarında çıxış edib. Argentina milli komandasının heyətində 91 matç keçirən Maradona 34 qol vurub.

Argentinanın önəmli jurnalistlərindən biri Maradonaya ölkəsində olan sevgini belə şərh edir: "Biz tarix boyunca Tanrının argentinalı olduğuna inanmışıq, Maradonanı gördükdən sonra buna bir daha əmin olduq."

Сайт управляется системой uCoz