Maradona adını axtarış sistemlərindən sildirdi!

    Argentina Milli komandasının baş məşqçisi Dieqo Maradona Google və Yahoo axtarış sistemlərinin Argentina versiyalarına qarşı məhkəməni qazanıb.
  Məhkəmənin qərarına əsasən futbolçu haqqında olan məqalələrin bir hissəsi Yahoo! serverinin məlumat bazasından silinib. Bundan əlavə, Argentina ərazisində istifadəçi serverdə futbolçunun adın daxil edib axtarış verərkən nəticə kimi sistem xəbərdarlıq verəcək ki, belə məlumat vermək hüququ yoxdur.
   Google isə appelyasiyaya verib. Google Argentina isə, məhkəmənin qərarını "məntiqsiz" və hətta "obsurd" adlandırıb. Maradona ilə yanaşı Argentinada axtarış sistemlərini daha 70 məşhur məhkəməyə verib. Onlardan çoxu bildirir ki, onların şəxsi həyatından olan məqalələr və şəkilləri anlaşılmaz formada pornoqrafik saytlarla əlaqələndirilib.

 

Сайт управляется системой uCoz