Standartlaşdırma üzrə İnformasiya-kommunikasiya texnologiyaları Texniki Komitəsinin növbəti iclası keçirilib

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə Standartlaşdırma üzrə İnformasiya-kommunikasiya texnologiyaları Texniki Komitəsinin (TK) növbəti iclası keçirilib. İclasda E.Vəlizadə iclas iştirakçılarını İnformasiya texnologiyası-Təhlükəsizlik metodları-İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar, AZS 324-2008 (ISO/IEC 27002-2005) Dövlət standartının Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 25 dekabr 2008-ci il tarixli, 160 nömrəli əmrinə əsasən təsdiq edilməsi və 01.01.2009-cu il tarixindən tətbiq ediləcəyi münasibətilə təbrik edib.
Sonra TK və SMPDK tərəfindən hazırlanmış Milli standart İnformasiya texnologiyası - Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri - İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə kriteriləri, AZS ISO/IEC 15408 standartı üzv təşkilatların nümayəndələri tərəfindən müzakirə olunub.
İclasda həmçinin TK cari fəaliyyəti ilə bağlı məsələlərə baxılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə İnformasiya-kommunikasiya texnologiyaları Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və milli standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.

 

 

 

Сайт управляется системой uCoz