KOMPÜTERLƏR VƏ HESABLAMA SİSTEMLƏRİ HAQQINDA
ÜMUMİ MƏLUMATLAR
(İkinci mühazirə)
Ø Elektron hesablama maşınların təsnifatı.
Ø Kompüterlərin tərkibi və strukturu.
Ø Sistem və tətbiqi proqram təminatı
Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar:
1. Mini - EHM (buraya fərdi kompüterlər də daxildir).
2. Meynfreym
3. Superkompüterlər.
Bu siniflərə daxil olan kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir. (şəkil 1.)
Şəkildən göründüyü kimi kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Fərdi kompüterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğu-sundan ibarətdir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir. Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan istifadə edirlər. Fərdi kompüterlərdə istifadə olunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən istifadə edirlər.
Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların kontrolleri fərdi kompüterin ana platasının üzərində (klaviatura, mouse, printeri və s.) olur. Bəzi qurğuların kontrolleri isə ayrıca plata şəklində (monitor, sərt maqnit disk qurğusu və s.) olur və onlar ana plata üzərində olan razyomlarda yerləşdirilir.
Xarici qurğuları kompüterə qoşmaq üçün bir neçə şindən istifadə olunur. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğuları arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən məftillər yığımından ibarətdir.
Kompüterlərdə ikilik say sistemindən istifadə edirlər. Bu say sistemi iki rəqəmdən «0» və «1» -dən ibarətdir. İstənilən məlumat bu iki rəqəmin köməyi ilə kodlaşdırılıb kompüterin əməli və xarici yaddaş qurğusunda yerləşdirilə bilər. Kompüterlərdə yaddaşın həcmin ölçmək üçün «bit»-dən (binary diqit-bit) istifadə edirlər.
İnformasiyanı yadda saxlamaq və ötürmək üçün baytdan
(8 bitli)
istifadə edirlər. 8
bitli kod vasitəsi ilə 28=256
sayda ədədi (simvolu)
kodlaşdırmaq olar.
Bu isə
klaviaturada
yerləşən ingilis əlifbasının,
milli əlifba həriflərinin,
rəqəmlərin
və
xüsusi
işarələrin
kodlaşdırılmasına
imkan
verir.
Bir
baytda
yerləşən
ikilik
məlumat
əlifbanın
istənilən hərfini
kodlaşdıra bilir.
Daha ![]()
böyük həcmə malik olan məlumatı ölçmək üçün: kilobayt (1kbayt = 210 Bayt = 1024Bayt), meqabayt (1Mbayt = 1024Kbayt = 220 Bayt = 1048576 Bayt) və qiqabayt 1Gbayt=1024Mbayt=230Bayt=107374182Bayt) istifadə edirlər. Fərdi kompüterlərdə əməli yaddaş qurğusu 512 Mbayt, xarici yaddaş qurğusu 100 Gbayt həcmə qədər ola bilər. Fərdi kompüterlərin buraxılışı ilə əsasən iki kompaniya IBM və Apple firmaları məşğul olur. Bu firmaların kompüterlərində əməliyyatçı sistemlər köklü sürətdə bir-birlərindən fərqlənir. Apple firmasının buraxdığı fərdi kompüterlərdən əsasən ABŞ-nın daxili bazarında geniş istifadə olunur. IBM firmasının buraxdığı fərdi kompüterlərdən isə ən çox Afrika və Asiya qitəsinin ölkələrində istifadə olunur. IBM PC tipli fərdi kompüterlərdə Microsoft firmasının istehsalı olan MS – DOS, Windows 98. və s. əməliyyat sistemlərindən istifadə olunur. Apple firmasının kompüterlərində isə Mac 7.0., Mac OSx Server əməliyyat sistemindən istifadə olunur. Apple firmasının kompüterləri konstruktiv olaraq IBM firmasının kompüterlərindən fərqlənir. Bu firmaların eyni tezliyə malik olan kompüterlərində Apple firmasının kompüterlərinin məhsuldarlığı IBM firmasının kompüterlərinin məhsuldarlığından 30% çox olur və bunun hesabına onun qiyməti də baha olur.
Apple firmasının kompüteri «Macintosh», IBM firmasının kompüterləri isə «Pentium» adı ilə satışa çıxarılır. Hazırda dünya kompüter parkının 10%-ni «Macintosh», 90%-ni isə IBM PC fərdi kompüterləri təşkil edir. Ümumiyyətlə dünya kompüter parkının 90% -nı fərdi kompüterlər təşkil edir.
Müasir fərdi kompüterlərdə yüksək ifratlı böyük inteqral sxemlərin istifadəsi portativ kompüterlərin yaranmasına səbəb olmuşdur. Ölçülərinə və çəkisinə görə bu kompüterlər çox kiçik formada olur. Portativ kompüterlərin özləri də “Laptop”, “Notebook”, “Polmtop” sinfinə bölünür. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, çəkisi 2,2¸4,51kq olur. Ekranın ölçüsü 11,3 ¸15 dyüm ölçüsündə olur.
Cari vaxta yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan istifadə olunur.
Fərdi kompüter konstruktiv olaraq sistem blokundan, klaviaturadan, “maus”-dan, monitordan və giriş-çıxış qurğusundan ibarət olur.
Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş və prosessor olan ana platadan, səs kartından, 3,5”/FDD, sərt maqnit disk qurğusundan (HDD), CD-ROM-dan və bəzi əlavə qovşaqlardan ibarət olur. Eyni zamanda sistem blokunda giriş və çıxış qurğularını, klaviaturanı, mausu, monitoru və printeri qoşmaq üçün bir neçə ardıcıl və paralel portlar yerləşir. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir.
Ana platanın üzərində əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş kontrelleri,CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir. Fərdi kompüterlərdə əsasən iki tip: AT- Advanced Technology (qabaqcıl texnologiya) və ATX - Advanced Technology extended (genişləndirilmiş qabaqcıl texnologiya) ana platadan istifadə olunur. IBM PC/AT -286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT –ana platalardan istifadə olunub.
Pentium II, III və IV tipli fərdi kompüterlər üçün isə ATX ana platalarından istifadə olunur. ATX ana platalarında enerjiyə təlabat çox azdır.
Fərdi kompüterlərin düşünən beyni olan mikroprosessor – CPU ana plata üzərində yerləşir. Mikroprsessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiqi qurğunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun məhsuldarlığı saniyədə 112 (MIPS) milyon əməliyyatdır. Pentium tipli mikroprosessorların tezliyə görə sinifləşməsi aşağıdakı qaydadadır.
Pentium I - 75Mhc ¸ 266 Mhs, Pentium II - 300Mhc ¸ 600 Mhs, Pentium III - 600Mhc ¸ 1100 Mhs, Pentium IV - 1100Mhc(1,1Ghc) ¸ 4000Mhs(4 Ghc) tezlik intervalında olur.
Ana plata üzərində yerləşən əməli yaddaş qurğusunun məlumat tutumunun həcmi 2 Gbayt qədər olur. Əməli yaddaş qurğusu dinamik və statik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən 50¸60 nonasaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər. Keş-yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa müraciət vaxtı 5¸6 nonasaniyə müddətində olur. Keş-yaddaşın qiyməti çox baha olduğundan onun məlumat tutumu 128 kbayt həcmində olur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir. Fərdi kompüterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) və PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər şindən (16 bit), ünvan şindən (20 bit) və idarə şindən (8 xətt) ibarət olur. Sistem kontrolleri əsasən mikroprosessorla əməli yaddaş qurğusu və interfeys şinləri vasitəsi ilə xarici qurğularla məlumat mübadiləsini təmin edir. Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyatçı sistemin yüklənmə hissəsini çağırır.
Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk qurğusu (məlumat daşıyıcısı - disketlər) və sərt maqnit disk qurğusu (məlumat daşıyıcısı - vençester).
Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk qurğusundan dəfələrlə çoxdur. Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olur. Sərt maqnit daşıyıcılarının məlumat tutumu 100 Gbayt-larla ölçülür. Son dövrdə xarici yaddaş qurğusu kimi optik xarici yaddaş qurğularından istifadə olunur. Bu cür qurğuların məlumat daşıyıcılarının (CD-ROM) həcmi 650 Mbayt həcmində olur.
Kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün monitordan istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19, 20 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri və ölçüləri çox kiçik olur.
Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür.
IBM PC fərdi kompüterlərində klaviaturadakı klavişləri bir neçə qrupa bölürlər:
- hərf-rəqəm klavişləri
- xüsusi klavişlər (Esc, Tab, Enter və s.)
- funksional klavişlər (F1, F2, F3, … F10)
- kursorun yerini dəyişən xidməti klavişlər (Up, Down,
Left, Right, Home,...və s.)
- reqistrləri bir-birləri ilə əvəzləyən xidməti klavişlər (Alt, Ctrl, Shift)
Ümumiyyətlə klaviaturada 102/104 klaviş olur.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Zərb vasitəsilə çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən ibarət olur. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnıqlı çap qurğularını misal çəkə bilərik. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru paraşok (toz) ilə örtülür. Daha sonra ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer çap qurğularının keyfiyyət əmsalı çox yüksəkdir. 1dyüm (25,4mm) məsafədə 600 t 1200 nöqtə yaza bilir. Dəqiqədə 4 -16 səhifə çap edə bilir.
Şırnıqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürür. Şırnıqlı printerin qiyməti nisbətən ucuz olur. Rəngli çap etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə 300¸720 nöqtə vura bilirlər. Çap sürəti dəqiqədə 4¸10 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur.
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.
Multimedia qurğusu –informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
Modem (modulyator – demodulyator) – əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san qədər olur.
Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur. Bu cür kompüterlərin qiyməti 1milyon dollar dəyərində olur.
Superkompüter – çox prosessorlu elektron-hesablama sistemidır. İlk supekompüter amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə milyard əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya və nüvə fizikasında bir çox məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işlənməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti təqribən 100 milyon dollarlarla ölçülür.
Fərdi kompüterin proqram təminatı – instruksiyalar yığımından ibarət olub kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə bölünür: ümumi və tətbiqi. Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edilir.
Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi paket proqramlarını birləşdirir. Bu paket proqramlarda istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur.
Proqram təminatının struktur sxemi şəkil 2. -də göstərilmişdir.
Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
- əməliyyatçı sistem
- proqramlaşdırmanın avtomatlaşdırılması sistemi
- texniki xidmət proqramları
Əməliyyatçı sistem hesablama prosesini lazımi resurslarla təmin etməklə idarə edir.
Proqramlaşdırmanın avtomatlaşdırılması sistemi proqram modullarından ibarət olub, məsələni həll etapına hazırlığını təmin edir.
Texniki xidmət proqramları hesablama maşınlarının işləmə vəziyyətini yoxlamaq üçündür.
Fərdi kompüterlərdə bir neçə tip əməliyyatçı sistemlərdən istifadə edirlər: MS DOS (Microsoft firması), OS/2 (IBM firması). Əməliyyatçı sistem aşağıdakı idarə proqramlarından ibarətdir:
Ø tapşırıqların idarəsi
Ø məsələlərin idarəsi
Ø verilənlərin idarəsi
Tapşırıqların idarəsi proqramı kompüterin əvvəlcədən planlaşdırılmış işini təmin edir və istifadəçinin iş vaxtı maşınla əlaqəsini yaradır. Planlaşdırılmış işlərə daxildir: paket və tapşırıqların daxil edilməsi, tapşırıqların üstünlük dərəcələrinə uyğun olaraq növbələrini təşkili, tapşırığın yerinə yetirilməsinin sona çatdırması və s.
Məsələlərin idarəsi proqramı kompüterin resurslarını (əməli yaddaşın istifadəçinin proqram üçün paylanmasını, prosessorun işinin idarəsi, yerinə yetirilən məsələnin sinxronlaşdırılması və s.) həll olunan məsələlər arasında düzgün bölünməsini təmin edir.
Verilənlərin idarə proqramları verilənlərin əməli yaddaş və xarici yaddaş qurğusunda yerləşdirilməsini və onlardan oxunmasını təmin edir.
Proqramlaşdırmanın avtomatlaşdırılması sisteminə proqramlaşdırma dilləri, translyatorlar, redaktorlar və başqa köməkçi proqramlar daxildir. Proqramlaşdırma dilləri iki hissəyə bölünür: aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.), yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basik, Paskal, Aqa, Ci və s.). Aşağı səviyyəli dillərdən professional proqramçılar istifadə edir. Yüksək səviyyəli dillərdən isə orta səviyyəli proqramçılar istifadə edir. Translyator proqramlaşdırma dillərində tutulmuş proqramı maşın dillərinə (əmirlərinə) çevirir və yerinə yetirilməsini təmin edir.
Proqram bloklarını vahid proqram altında birləşdirmək üçün redaktorlardan istifadə olunur. Yerinə yetiriləcək hazır proqramı əməli yaddaşa çağırmaq üçün yükləyici proqramlardan istifadə olunur.
Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. Bu proqram paketləri istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir.
- tekstlərin emalı (Leksikon, ChiWriter, Word və s.)
- elektron cədvəllərin emalı (Excel, Lotus və s.)
- verilənlər bazasının idarəsi (Fox Pro, Paradox, Access və s.)
- kommunikasiya (Internet Explorer, Netscape Communicator)
Texniki xidmət proqramları (Norton Utilites, PC Tool Deluxe və s.) kompüterlərin ayrı-ayrı qurğularının işə salındıqdan sonra normal işləməsinin yoxlanmasını həyata keçirir.
İlk yaradılan IBM PC tipli fərdi kompüterlərdə əsasən MS – DOS əməliyyatçı sistemindən (1981 hazırlanmışdır) istifadə olunurdu.
Hal-hazırda fərdi kompüterlərdə Microsoft firması tərəfindən hazırlanmış Windows (1992– ci il) əməliyyat sistemindən geniş istifadə olunur.
Microsoft Windows 9x – çox məsələli əməliyyatçı sistem olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()
![]()


Шякил 2. Фярди компцтерин програм тяминатынын структур схеми